windows 8 üçün ofis proqramlarını hardan pulsuz tapıb yükləmək olar?

İnternetdə yazıb axtarışa verən kimi o qədər pulsuz yükləmələr tapmaq olur. Risk etməyə də çəkinirəm. Microsoft ofisin rəsmi saytında isə qiymətlər od tutub yanır. Mən internet vasitəsi ilə EliteBook almışam, içində hazır Windows 8 yazılıb I vse. Başqa əlavə heç bir proqramı yoxdur. Mən windows 8 üçün ofis və dizayn proqramlarını pulsuz amma keyfiyyətlisini hardan tapıb yaza bilərəm? Heç bilmirəm, kompüterimə yazılmış Windows 8 lisenziyalıdır ya yox. Kompüterin arxasinda zavadskoy Windows 7 sözləri var, 8 isə sonradan yazılıb. Mən də belə Ebayda kimdənsə almışam. Çox hahiş edirəm, mənə kim kömək edə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

taleh30 (2013-03-31 19:38:00)
Ofis proqramlarını internetdən tapa bilərsiniz,birdəki v8-in lisenziyalı oldugunu bilmək istəyirsinizsə,calışın start menyusunun rəngini dəyişdirin əgər dəyişsə demeli lisenziyası var.

E. Hacı (2013-02-06 09:33:53)
Axı pulla satılan şeyi necə pulsuz əldə etmək istəyirsiniz ki? Bu axı oğurluq sayılır. Yəni bu mal adamların zəhhmətlə istehsal etdiyi məhsuldur və onun haqqı var, o haqqı ödəmədən necə pulsuz yollar axtarıla bilər axı? Məsələn onda mən də sual verim ki, mağazadan hər gün çörəyi necə pulsuz əldə edə bilərəm, təzə və isti olsun amma. :)

Nuraliyeva (2013-02-06 01:57:09)
Xahiş. edirəm əgər bildiyiniz etibarlı mənbə varsa köməklik göstərin. Axtarışa verəndə 100 yerdən pulsuz yükləmələr çıxır. Başımı itirirəm, bilmirəm hansını yükləyim. Bu yazdığınız mənbə nə dərəcədə etibarlıdır? Konkret olaraq nə proqramıdır? Mən imkan daxilində ən son və ən çox geniş imkanları olan pulsuz Microsoft paketi axtarışındayam.

Nuraliyeva (2013-02-06 01:55:33)
Sizinlə raziyam, qeyri qanunidir. Amma mənə indi microsof və dizany proqramları da lazımdır. Onların hamısına pul xərcləsəm, SOFT notebookdan baha başa gələcək ki :( Xahi. edirəm əgər bildiyiniz etibarlı mənbə varsa köməklik göstərin. Axtarışa verəndə 100 yerdən pulsuz yükləmələr çıxır. Başımı itirirəm, bilmirəm hansını yükləyim.

musarir (2013-02-03 19:35:47)
http://www.libreoffice.org/ link`ə keçid edin və Open source Office proqlamlarını yükləyin Bu paketlər windows 8 rahat işləyir

Amil (2013-02-03 18:57:05)
Microsoft Office paketi pulludur, pulsuz istəyirsinizsə, qeyri-qanuni olacaq. Web üzərində SkyDrive və ya GDrive bulud xidmətlərində quraşdırılmış ofis proqramlarından pulsuz istifadə edə bilərsiz. Microsoft Office əgər bahadırsa, onda Corel Office alın. Bildiyim qədər Microsoft Office-dən ucuzdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 8 pro-nu Windows 8.1 etmək.

Windows 8 Realtek

Yaxşı,pulsuz,sərfəli yönləndirmə xidməti verən domenlər

windows 8 yüklədim

Oyun, yükləmək.

Word Programı Haqqında