Domen maili və gmail

Salam,

Mən mənə açılan korporativ maili istəyirəm ki, gmail mailimə yönlənsin. Onu necə etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-02-07 11:09:48)
Google Apps pulludur artıq, ona gərək yox idi. MX-ləri qaytarın əvvəlkinə, bəlkə də ona görə ola bilər. Amma ola da bilər ki, pop3 serverin ünvanın səhv yazmısız

Xeyal (2013-02-06 14:17:03)
1-ci alındı, 2-ci yox. Bir neçə saat bundan əvvəl google business app qoşmuşam həmin korporativ mailimə, Hostingdə MXləri dəyişmişəm.Ondan ola bilər?

E. Hacı (2013-02-06 11:47:34)
Salam. Bunun bir sıra yolları var. Mən belə edirəm 1. Gmail interfeysdə korporativ mail adından göndəriş üçün - https://mail.google.com/mail/u/0/#settings/accounts giririk və Add another email address you own ilə koprorativ maili əlavə edirik, göndərilən təsdiq kodu ilə təsdiqləyirik. 2. Gmail interfeysə korporativ maillərin gəlməsi - yenə https://mail.google.com/mail/u/0/#settings/accounts burada Add a POP3 mail account you own seçirik, açılan pəncərədə korporativ mailin pop server ünvanını(cpaneldə olmalıdır, bilməsəz hostinq supportdan öyrənin), mail username və parolu yazırıq, seçimlər default qalır vəssalam. Bu iki addımdan sonra koprorativ mailiniz gmailinizə tam oturmuş olacaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mail.ruda mail block etmək

YouTube ve +google hesabının gmail adresini deyişmək mümkündürmü?

Local server vasitəsilə PHP mail(); funksiyasında XƏTA!

wordpress wp_mail

Name.com

ucuz domen almaq