uTorrentdə yüklədiyim oyunu aça bilmirəm

Salam, adım Nurlandır. Orginal disk tapmaq çətin olduqdan həmin axtardığım fayları internetden yükləməyə üstünlük verirəm. Bu faylardan biri oyun fayldir(GTA IV). Oyunları(torrentləri) uTorrent proqramı vaistəsi ilə yükləyirəm. Amma bir problem həmişə qabağıma çıxır. Bu problem yüklədiyim oyunlari aça bilməməyimdir. Oyunun yaddaşı 13.8 GB-dır. 26 saat ərzində yükləyib qurtaran zaman gördüm ki, oyun DVD1, DVD2 qovluqlarına ayrılmış vəziyyətdədir. Bu qovluqların içində isə "rzr-ga4a.001" kimi fayllar var. Mən necə edimki bu oyunu aça bilim? Bu linkdən problemə baxa bilərsiniz [embed]http://www.youtube.com/watch?v=vCXT4IIDhm4[/embed]

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ömərov (2013-09-11 10:13:16)
Gör nə qədər vaxt keçib, bağışlıyın, sayta uzun müddət idi ki dəymirdim, .iso faylı açmaq üçün internetdən daemon tools proqramını yükləyin, pulsuz proqramdır, sadəcə install edərkən şəxsi istifadə üçün optionunu seçmək lazımdı, sonra yüklədiyiniz .iso faylını daemon toolsla açın və oyunu install edin, sonra da oyunu crack edin vəssalam, ancaq oyunu hazırlayanlara dəstək məqsədilə oyunları almağınız məsləhətdi.

Nurlan_123 (2013-03-01 20:49:03)
Basa sala bilersen?

Nurlan_123 (2013-02-16 14:11:30)
necə açirlar?

Ömərov (2013-02-12 07:52:29)
O fayllar əslində winrar fayllarıdırlar,sağ tıklayıb winrar ilə açın və içərisindəki faylı çıxardın (böyük ehtimal .iso faylı olacaq),yox əgər winrarla açılmasa bu zaman faylın uzantısını dəyişərək .rar edin bundan sonra winrarla açmağa cəhd edin,əminəm ki alınacaq.Əgər bu torrentdən yüklədiyiniz birinci oyun deyilsə deməli .iso faylı necə yazmaq lazım olduğunu bilirsiz,əgər bilmirsizsə cavab yazın ona da kömək edim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Fayl, sənəd açmaq

uTorrent işlətmək

.dat fayılı nədir ? Virusdur yoxsa nə ?

Yanmış netbukun yaddaşında olan fayllar…

Php ilə qovluğa fayl əlavə etmək

Güclü file Silən Proqram Pc üçün