Ubuntu Wired Network problemi

Salam. Xaiş edirəm, başı çıxan varsa kömək etsin.O biri suallarım kimi bu da cavabsız qalmasın...

Səhər işdə notebook -u işə saldım, dünən heç bir problem olmamasına baxmayaraq, bu gün şəbəkəni görmədi. Şəbəkənin statusuna baxanda Wired Network Disconnected göstərir. Eyni notebook-da Windows 7 sistemi də var, Windows 7 -də şəbəkə qaydasındadır, hər şey normaldır, amma Ubuntu -da şəbəkə kabeli qoşulmamış kimi bir vəziyyət yaranıb. Bu nədir belə ?

 lspci edirəm, şəbəkə kartını da görür, qaydasındadı, Wired Connection -da "connect automatic" və "Available to all users" - konfiqurasiyaları da aktivdir, amma heç bir reaksiya vermir... bir neçə forumda yazılanlara baxdım, orda göstərilənləri etdim, amma olmadı...

*Hə bir də ki, dünən android telefonuma adhoc yaratmaq üçün Ubuntu sistemində bir iki dəyişiklik etmişdim, dhcp3 qaldırmışdım, amma dünən dəfələrlə restart etmişəm notebook-u heç bir problem olmayıb. Yəni az da olsa bundan şübhələnirəm, bunu da remove etdim, yenə də düzəlmədi. A

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)