Php-də test yaratmaq və 1 şərtə iki nəticə

1)1 şərtə iki nəticə necə edə bilərəm? yəni ki saytda həm parol həm də ad düz olduqda saytda giriş olsun. 2)10 suallıq test yaratmaq istəyirəm.Testi düzəltmək üçün gərək şərt operatorundan çox istifadə edim.Birinci 10 dün olanda 2-ci 9 düz olanda belə gedir.Bunun qısa yolu var?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Azerbaycan (2013-02-15 21:03:26)
Belə deyim mən istəyirəm 10 suallıq olsun siz bunu necə yaradırsınız?

Emin Rəhmanov (2013-02-15 00:41:44)
Yazdiginizdan hec ne anlamaq olmur. ager adi test nezerde tutursunuzsa testde 1 sual ve cavab variantlari olur. bunu da 2 cure qura bilersiniz. suala cavab verir istifadeci 1 ci sualdan baslayaraq. ya sehv cavab veren kimi testi terk edir ve ya sehv cavab versede novbeti suala kecir ve belelikle 10 sualin hamisina variant secir.sonda yekun netice olaraq nece duz nece sehv ve nece cavablanmamis sual oldugu melum olur. eger bele bir sey isteyirsinizse onu mysql baza ile elaqali bir wey qurmalisiniz.suallar ve cavablar bazada saxlanacaq.ve.s.eger bunu nezerde tutursunuzsa komek edim

Azerbaycan (2013-02-14 19:55:46)
Deus-a: Bəli yaratmaq istəyirəm.Dərslikləri oxuyuram amma orada ancaq hissə hissə yazılıb.Heç bir dərslikdə qeydiyyat, giriş yaratmaq üçün nümunə göstərilmiyib.Tam öyrənmək üçün ya gərək kursa gedəsən yada yanında bilən biri olsun.

Azerbaycan (2013-02-14 19:50:36)
2-ci sualım 10 suallıq test yaratmaq istəyirəm.Burada gərək çox if işlədim.Əvvəlcə 10 düz olanda, sonra 9 düz 1 səhv olanda,.................1-ci və 2-ci düz olanda.Belə çox uzun olur bunun qısa yolu var?

Master (2013-02-13 21:50:53)
Salamlar && - məntiqi və (and) || - məntiqi və ya (or) ! - məntiqi inkar (not)

Emin Rəhmanov (2013-02-13 21:19:53)
Yuxarida 1 ci cavabda Master in yazdigi numune ele siz istediyiniz koddur. orda yazilan if ($_POST['user'] == $user && $_POST['pass'] == $pass ) kodunda && bu isareler siz dediyiniz and kodu ile eyni isi yerine yetirir. yeni istesez if ($_POST['user'] == $user and $_POST['pass'] == $pass ) bele de yaza bilersiz. ferqi yoxdur. qeyd edimki lazim olar asagidaki kodlar eyni isleri gorur.yeni bir birinin evezedicisidir && = and or = || 2 ci sualinizi ise tam anlamaq mumkun deyil. etrafli izah etseniz komek ederik.

Deus (2013-02-13 21:02:33)
Salam sualınızı tam yazsaz kömək edərəm özüm php proqramçı işləyirəm və oxuyuram siz sayta istifadəçi girişi, qeydiyyat və.s düzəltmək istəyirsiz?

Azerbaycan (2013-02-13 19:52:41)
Bəl kə də düz başa düşmüsünüz amma mən heç nə başa düşmədim şərtin "and" işlətmək olar? məsələn: if($login="istifadeci" and $parol="parol") Belə şey olur php-də? Birdə zəhmət olmasa bilirsinizsə ikinci sualımıda cavablandırardınız.

Master (2013-02-13 00:04:04)
salam , 1ci sualınız əgər düz anladımsa [code] $user = "user"; $pass = "pass"; if ($_POST['user'] == $user && $_POST['pass'] == $pass ) { /*Əgər login və parol doğru olsa (yəni ikisi də) bu mötərizənin daxilindəki kodlar çalışacaq*/ /*Burdan sesiya açıb istədiyiniz fayla yönləndirə bilərsiz*/ }else{ echo "Istifadəçi adi və ya parolu səhvdir"; } [/code]