Saytdan reklamsız pul qazanmaq

Mən bir sayt açmaq istəyirəm amma istəmirəm orada pulu reklamdan qazanım başqa yolla saytdan necə pul qazana bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

BayBak (2013-02-15 00:27:19)
http://depositfiles.com/ - e-kitab və ya b. hər hansı fayllarınızı yerləşdirirsiz. Hər dəfə fayl endirildiyi zaman sizin hesabınıza pul köçürülür. Fayllarınızın reklamını da saytınızda edirsizvə ya bunun üçün başqa saytlar da var, sadəcə faylların linkini reklam etməlisiz. Bunun haqqında internetdə saysız-hesabsız bilgilər var, mən şəxsən məşğul olmadım. Hər iş kimi çox böyük zəhmət istər..

Baron660 (2013-02-15 00:17:48)
video saytı yaradın. hər videonun arxasına reklam linki qoyun. videonun üstünə klik olunanda avtomatik reklamada klik olunmuş sayılacaq və pul gələcək :)

Azerbaycan (2013-02-13 19:54:39)
Mən istəyirəm bir dənə elektron kitab saytı yaradım oradan hər yükləməyə görə pul gəlsin belə şey olar?

E. Hacı (2013-02-13 17:53:31)
İnternetdə necə pul qazanım sualı həyatda necə pul qazanım sualı kimidir, yəni ümumi. İnternetdə 100lərlə peşə və məşğuliyyətlə pul qazanmaq olar. Məqalə yazmaq, elektron dərs keçmək, elektron məhsil satmaq, yemək çatdırılma xidməti açmaq, bazarlıq edib evə çatdırma etmək, populyar sayt düzəldib xidmətlərini satmaq, reklam yerləşdirmək və.s.

saka-muka (2013-02-13 01:26:36)
Alış-veriş saytı yarada bilərsiniz, pullu məqalələr yaza bilərsiniz, hər hansısa servis/xidmet saytı yaradıb müştəri qazana bilərsiniz.