Saytın hansı CMS üzrə yığıldığını necə bilmək olar?

Elə bir analizator var mi ki,hər hansı bir saytın hansı cms üzrə yığıldığını analiz etsin?məsələn cavablar.net-in source code-na baxanda: http://cavablar.net/wp-content  artıq buradan görsənir ki bu vvordpress üzrə yğılıb.bu manual üsuldur.Digər cms-ləri təyin etmək üçün  başqa online analizator kimi üsullları var mı?Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-02-18 10:47:25)
Aldatmaq olar bəli. Amma o baxır analizatorun nə dərəcədə dərinə getməyinə. Əslində analizatoru aldatmağın və ya istifadəçidən gizlətmək ki bu sayt hansı CMS-dədir, elə də mənası yoxdur. CMS-də sayt qurmaq qəbahət sayılmır. Sadəcə bəzən hər ehtimala qarşı təhlükəsizliyi bir az da artırmaqçün papkaların adı dəyişilir, wp-admin-ə apache parolu qoyulur, prefix wp_, username admin olmaması məsləhət görülür və.s.

business (2013-02-17 19:33:54)
Təşəkkürlər.Bəzən google-da düzgün axtarış etməyəndə düz nəticəni tapmaq olmur 6) Köməyimə çatdız. Əlavə olaraq verdiyiniz məlumat da dəyərli idi.Bu halda sualım ondadır ki, wp-content kimi qovluqların adını dəyidikdə 2ip.ru/cms/ kimi analizatorları aldatmaq olur mu?

E. Hacı (2013-02-17 18:54:00)
Salam. Bəli var, çoxdur. Məsələn 2ip.ru/cms/ Və ya w3techs.com. Yeri gəlmişkən dediyiniz wp-content-i isə istənilən papkaya dəyişib bir az iz azdırmaq olur.