CMS Pro nədir?

CMS pro nədir? Çox adamın özünün cms-i var? Məslən deyirlər "CMS yəğmışam" Bu dedikleri CMS standart WP,Joomla,Drupal və başqa bunu kimi cms-lərdir?Yoxsa başqa CMS var? CMS pro üzərində işləndiyini eşitmişəm.Köməyinizi və mlumatlarınızı gözləyirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

business (2013-02-20 21:58:25)
Çox sağol.Siz deyən kimi cms-lərdə daim versiya yenilənməsi olsa,düzgün htaccess faylı olsa qorxulu deyil.Nədənsə mənə hazır CMS məntiqli göürünür.Ona görə ki, minlərlə hazır pluginlər var.Hər klient ayrı şey isəyir.Hər dəfə yeni funksiya əlavə etmək çətiin olar məncə.Bu saytı neçə ildi tanıyıram,fərqi nədi hazır CMS-di ya siz özüvüz yığmısız.Əsas məqsəd milləti maarifləndirməkdirsə bunun nə dərəcə önəmi ola bilər?Şəxsi düzəldilən CMS-lərdə də nə vaxtsa deşik ola bilər.Sayt sındırılandan sonra xəbərimiz olar ki,yeni üsul tapıb xakerlər.Çox sağolun yenə də fikirləriniz üçün.

E. Hacı (2013-02-19 10:40:46)
CMS hər dəfə yazılmır. Adətən bir dəfə yazılır və daim işlədilir. Ona görə də artıq xərc sayılmaz. Səbəblər isə müxtəlif olur. Əsas səbəb: 1. Daha yığcam, daha tanış kodlu, minimal formalı CMS-ə malik olmaq. Hazır CMS-lər universaldır deyə bu tələbləri ödəmir, onlar geniştərkibli olurlar. 2. Bəzi müştərilərin hazır CMS-lərdə sayt istəməməsi. Bəzi müştərilər hazır CMS-lərə təhlükəsizlik baxımdan güvənmirlər deyə(əslində CMS ilə sayt peşəkar tərəfindən qurularsa, bu güvənsizliyin ciddi əsası yoxdur) saytı fərdi kodda istəyirlər, ona görə də belə hallar üçün developerlərin, veb studiyaların öz şəxsi CMS-ləri olur.

business (2013-02-18 23:40:05)
Təşəkkülər cavabınız üçün.Bu cms-ləri yığmaq nə qədər məqsədə uyğundur sizcə?bizə lazım olan saytı başqa hazır cms theme-ləri ilə hazır edə bilmərik ki? hazır cms şablonlar var, admin panelleri ilə + çoxfunksiyonalliqları ilə . Sizd bu halda 0-dan cms düzəltmək və ya hansısa cms-i alıb dəyişikliklər etmək artıq vaxt xerci,əziyyət demək deyil mi?

VendeTTA (2013-02-18 22:44:57)
Web Content Management System və ya WCMS (Verilənlər Bazasının İdarəetmə Sistemi (VBİS) ) - Veb səhifələrin təşkili, yaradılması, redaktəsi və idarəsini təmin edən funksiyalardan ibarət proqram kompleksidir. Hər bir proqramist özünə məxsus CMS yarada bilər. CMS pro həmçinin bu belə CMS-lərdən biridir, sadəcə kommersiya tiplidir.