İnternet, ATS

Salam.Artıq  1 ildən çoxdurki Bakinternet istifadəçisiyəm ,2 həftə əvvələ kimi bircə dəfədə internetlə bağlı şikayətim olmayıb.Amma son 2 həftədir internet yığıb məni boğaza.Artıq provayderi dəyişmək məcburiyətindəyəm ama mənə maraqlı olan bir məqam var.ATS-lə dəfələrlə əlaqə saxlamışam həmişədə "burda problem yoxdu.provayderin servisi ilə əlaqə saxla".Məndə eynilə ATS-lə olduğu kimi provayderlədə əlaqə saxladım daha doğrusu zəng edirsən zəng avtomatikdir deyə nömrə daxil etməlisən,şikayəti birbaşa operatora ünvanlaya bilmirsən,nəisə ustalar gəlir baxır deyir problem yoxdu internetdə.Kabellərədə baxıblar deyirler kabellərdə saz vəziyyətdədir.Başqa ustada gəlir deyir burda problem yoxdu.ATS-də deyir burda problem yoxdu.Onsuzda Bu məqamlardan sonra provayderi dəyişdirəcəm ama mənə qaranlıq bir məqam qaldı bu məsələdə.Problem nədədir?Modemdə?ATS-lə mənzil arasındakı telefon xəttlərində?   CAVAB yazan əlləriniz yorulmasın......

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Sahil-20 (2013-02-21 14:45:32)
mənim ba.şımada belə bir şey gəlib düzn 15 gün əlləşdim amma tapa bilmirdim. Ats deyirdi bizdə problem yoxdur provayderdə eyni şeyi deyirdi ustalarda gəlib baxırdı amma səbəbini axır özüm tapdım. Məndə həmişə kompdan səs çıxan kimi (mahnı video və.s) modemin internet işıqı sönürdü. səbəbidə bu imiş, kalonkanın adapteri ilə modemin adapterini eyni razetkaya taxırdım onda belə edirdi kalonkadan səs çıxan kimi set atırdı. Sora kalonkanın adapterini çıxardım kompa qoşdum modemin adapterini boş qoşdum razetkaa prablem həll oldu))) neçə aydır problemsiz işlədirəm))

Ultraslan (2013-02-19 12:32:59)
İş orasıdı ki,ATS-dən cağırdığım ustada blokdan evə gələn xəttləri yoxladı dedi işləyir.Naəlac,belə problemlərlə vaxt itirənədək provayderi dəyişirəm.

Onar Alili (2013-02-19 10:31:23)
Salam Sizin çox yaxşı başa düşürəm,mənimdə başıma belə hadisə gəlmişdi internet yeni çəkdirəndə.ATS ilə provayder arasında qalmışdım.Provayder deyirdi problem telefon xəttlərinizdədir,ATS isə deyirdi xəttlər normal vəziyyətdədir,bloqda telefon qutusunan evimə gələn telefon xəttini ATS`dən çağırdığım ustaya dəyişdirdim və usta dedi ki telefon qutusuna birləşən yerdə çalaq var idi.Məndə internet tez-tez qırılırdı və xəttdi dəyişdirdikdən sonra 2 ildən çoxdur normal işləyir çox şükür.