Samsung Galaxy S3 Internet

Salam, Samsung Galaxy-də interneti açdım və 15 saniyəyə bağladım. 28 qəpik getdi :( Halbuki heçnə eləmədim. Özü avtomatik bütün app-lardan internetə qoşuldu. İndi mən necə eliyim ki, yalnız mən internetə girəndə telefon internete bağlansın? Əvvəl məndə 5800-idi onda internetə girəndə özü deyirdi necə girmək isdəyirsən. Orda İnternet-i seçirdim girirdim. Çıxanda da internet bağlanırdı. Amma bunda belə deyil :( İnternet həmişə açıq olur. Gərək Mobile Data-nı söndürüm. Operator: Bakcell

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Baron660 (2013-02-24 13:56:16)
iwleyen oyun ve proqramlari bagladiginiz kimi internetide baglamaq lazimdi yoxsa telefon internetde qalir...

Cabbarov Sübhan (2013-02-23 23:53:30)
Bunun üçün gərək siz ayrılıqda gərək proqramların internetə girişini ləğv edəsiniz. Avtomatik proqram yeniləmələrini ləğv etməlisiniz. Ya da ki arxa fonda işləyən proqramları bağlayın. Bunun üçün Developer bölümündən Background process bölümünə daxil ol.