ubuntu pulludur artıq?

salam. dəqiq deyə bilərsinizmi ubuntu 12ş10 internetdən yükləmək artıq pulludurmu?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Emin Mastizada (2013-09-07 03:36:02)
Belə bir şey yoxdur. Sadəcə dəstək üçün pul verə bilərsiz. Bu da könüllü olan bir şeydir. Tək pullu olan Canonical-ın verdiyi server dəstəyidir. Bu xidməti bir çox şirkətlər verirlər. Canonical-ın servisini Google kimi böyük şirkətlər işlədirlər. Pullu Linux-lar da var. Amma onlarda da pul əsasən dəstəyə verilir, sistem də dəstək olmadan verilmir. Məsələn, RedHat, Suse Enterprise və s.

Mete (2013-02-28 00:41:32)
aydındı,çox sağolun hamınız ətraflı izaha görə,həqiqətən də donation məni əməllicə çaşdırıb:)

E. Hacı (2013-02-25 00:52:43)
Salam. donation sizi çaşdırmasın. Ubuntu yükləyərkən sizə pul bağışı yapmaq təklifi verir, ki hansısa istiqamətdə daha çox inkişaf üçün. Amma siz aşağıda NO THANKS-a klik edib tam pulsuz yükləyə bilərsiniz

Heyder (2013-02-23 17:04:49)
x86 x64 Hər ikisi pulsuz və qanuni yükləmədir.

Heyder (2013-02-23 12:35:28)
Ubuntu və ya digər bir linuks Ə.S. pullu deyil.Tam qanuni şəkildə pulsuz yükləmək və montaj etmək mümkündür.Lakin Ubuntu 10$-1000$ dəyərində versiyaları irəli sürür ki, bu versiyalarda göz oxşayan dizayn, daha sürətli iş rejimi və bu tip Linuksun ekstra imkanları vardır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntuya theme yazmaq nə dərəcədə doğrudur?

Ubuntu Bakcell datakartında

Xubuntu haqqında

Linuxda C proqramını sərbəst işlətmək

Bad sector ‘u necə təmizləmək olar?

ubuntu 14.04 wordpress tema və plugin yüklənmir [xəta verir]