Ebay.com-dan gətirilən malların gömrüktən tam sənədli şəkildə keçrilməsi

Salam

Xahiş edirəm düzgün cavab yazasınız....

Mən necə edə bilərəm ki 200 dollardan yuxarı malları rahatlıqla ebaydan gətirim?

gömrüklə necə müqavilə bağlaya bilərəm? hara getməliyəm

Əgər mal gəlib gömrükdə dayandırılsa, mənə kim məlumat verəcək ki malın gömrükdədi?mən heç bir yerə keçmədən bankomatla gömrük haqqın keçirə bilərəm?

Oxuduğunuz və yazdığınız üçün təşəkkür edirəm....

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-02-25 12:09:43)
Əgər şəxsi istifadə üçün alınıbsa sadəcə rüsum ödənilir.

shahriyar (2013-02-25 11:33:41)
Çox sağlun

Cabbarov Sübhan (2013-02-25 11:16:55)
Birinci dəfə mal gömrükdə saxlanıldıqda sizə dayişi şirkət tərəfindən bildirilir ki mal gömrükdə saxlanılıb. Daha sonra siz lazımı sənədlərlər birlikdə Hava limanının karqo terminal bölümünə gedirsiz, orda sənədləşdirmə olduqdan sonra elə həmin yerdə gömrük ofisinə yaxınlaşıb rüsüm ödüyürsüz, bu zaman onlar sizə VÖEN açmalıdır (bu pullu olduğu üçün bəzən açmırlar, siz əlavə pul ödəyib VÖEN də açmalısın). Artıq sizin VÖEN olduqdan sonra internetdən də vergini (rüsümu) ödəyə bilərsiz. Daha ətraflı vergilərin qaynar xəttinə zəng edib öyrənin 195

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hal-hazırda Azərbaycanda hansı Karqo şirkəti ilə mobil telefon sifariş verə bilərəm?

Ebay Blackberry 9520 Unlocked Verizon ?

Ebay noutbuk almaq

Ebay.com-da “New other” nə mənaya gəlir ?