Sazz bu gedişlə nə etmək istəyir?!

Salamlar, son 3 gündür mən Sazz-la torrent istifadə edə bilmirəm.
191 -dən soruşdum, deyir ki torrent-ə limit qoyulub. trafiki öyrənmək istədim, guya məlum deyil hələ. 
Bu nə deməkdi belə?! Bunlar bu gedişlə nə etmək istəyirlər!? Əgər bir provayder özünü limitsiz adlandırırsa, amma sonradan belə bir iş görürsə, buna nə ad vermək olar!?  Sürət onsuz da hədsiz zəifləyib, bir yannan da bu "yenilik"... Başqa ölkədə buna görə provayderi məhkəməyə vermək, pul tələb etmək olar. Fırıldaqçılıqdır, dələduzluqdur! Əgər sənin şəbəkən trafiki qaldıra bilmirsə, sən şəbəkəni gücləndir! Nəyəsə limit qoyma! Daha sənin Bakcell-dən nə fərqin qaldı?! O da öz aləmində "limitsiz" -dir...
Sazz istifadəçilərindən xaiş edirəm, yazılı məktubla şikayətinizi bildirin, lazım gəlsə baş ofisə gedin, bu limit məsələsi ləğv olunmalıdır. 

Əgər tədbir görülməsə aylıq bitən kimi başqa provayderə keçmək lazımdır. Beləliklə, sazz torrent istifadəçilərini tamamilə itirər, rahat işləyər!

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrükle bağıi kömek

Sulutəpə Hökməli dairəsi internet provayder

PayPal’da pul göndərmə limiti

Elcell, sazz yoxsa datakartlar

Torrent xətası

Sazz istifadeçileri