WordPressdə müəyyən bir yer yalnız istifadəçilərə görsənsin

Salam dostlar . Deyəsən mövzu başlığını başadüşülməyən şəkildə yazdım . İzah edim : 

Mən vordpress bloguma istifadəçilər üçün özəl yer əlavə etmək istəyirəm ...  Amma həmin yer hamıya görsənir . O cümlədən qonaqlara da. Bunu necə edə bilərəm ki,həmin yer yalnız istifadəçilərə görsənsin?

Bunun üçün plugin var  ? VİDGETLƏRİN ÜZƏRİNDƏ ETMƏK OLUR ? Hansı kod lazımdır ?

CAVABLAR.NET SAYTI BUNU EDƏ BİLİR,YƏNİ GİRİŞDƏN SONRA ÖZƏL İSTİFADƏÇİ YERİ GƏLİR , ONUN ÜÇÜN DƏ XAHİŞ EDİRƏM , CAVABLAR.NET ADMİNLİYİ DƏ BU SUALA BAXSIN . 

Saytim:Benimnetim.hostei.com

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Gurbanlee (2013-04-20 22:38:25)
bunun üçün plaginlərdən də istifadə edə bilərsən. saytda olan istifadəçilərin səviyyəsinə görə widget əlavə etmək olur plaginin köməyi ilə.

E. Hacı (2013-03-05 21:45:02)
Bir sətir kod deyil, sırf sizin saytınızın theme-ində iş aparılmalıdır. Bu da ancaq kodu bilən adam tərəfindən edilə bilər. is_user_logged_in()==true şərti istifadəçinin login olduğunu yoxlayır məsələn. $current_user = wp_get_current_user(); $current_user->ID cari istifadəçinin İD nömrəsini göstərir məsələn, və.s. Bütün bunlardan istifadə edilməklə fərdi səhifələr qurulur

Alparslan (2013-03-05 18:29:20)
Zehmet olmasa kodu izah edin . Harasinda duzelis etmek lazimdi

E. Hacı (2013-03-05 14:57:05)
Salam. Web saytlarda edilən hər bir şeyi Wordpress ilə də etmək olur, Wordpress açıq kodludur deyə, filan şey olmur anlayışı burda yoxdur, hər şey olur. Məxsusi özəl istifadəçi sahəsi yaratmaq üçün kod ilə bəzi işlər görmək lazımdır, bunun üçün isə Wordpress Codex-dən nəsə bilmək lazımdır. Yəni kodsuz çətin məsələdir bu. Kodsuz bunları etmək olar. Post yaradarkən onu WITH PASSWORD edin postun mətnini ancaq parolu bilənlərin görməsini etmək. Kod ilə isə çox şey etmək olar. Məsələn 1. Qeydiyyat sistemini aktiv edib daha sonra müəyyən hissələri ancaq qeydiyyatlı istifadəçilərə göstərmək(is_user_logged_in()==true funksiyası şərtini yoxlamaqla) 2. Ancaq userə aid şəxsi sahə açmaq. $currentuser->id tipli dəyişəndən İD kimi istifadə edərək. və.s. Bir sözlə kodsuz bu məsələlər çətin.