SAZZ-ın şəbəkəsində virus

Salamlar. Bilmirəm bu SAZZ -ın şəbəkəsinə virus necə keçir?
Bu əvvəllər də baş verirdi, sonra bir müddət olmadı, komputerimdə antivirus TrendMicro -dur, arada MS03-026_RPC_DCOM_EXPLOIT -adlı bir attack -ı saxlayır, bu haqda bildiriş də verir. Belə başa düşmək olar ki, şəbəkədə virus var? Google -da bu haqda axtardım, bu ən çox 3G - 4G tipli internet provayderlərində olur. Belə çıxır ki, mənim antivirusum SAZZ -ın şəbəkəsinin təhlükəsizlik sistem(lər)indən güclüdür? Belə çıxır ki, kimdəsə antivirus zəifdirsə və ya heç yoxdursa onun komputerinə hücum olunmalıdır?

Virus haqda daha ətraflı:

Virus Name:MS03-026_RPC_DCOM_EXPLOIT
Source IP Address:5.248.86.214
Source Port:1582
Destination IP Address:5.250.200.178
Destination Port:135

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Alibeyov (2013-03-06 22:14:39)
Salam. Cavaba görə çox sağolun, sistem yenilənmiş vəziyyətdədir, Əgər komputerdə trafikə aid heç nə işləmirsə bu niyə öz-özünə gəlir? SAZZ -a dəfələrcə demişəm, xeyiri yoxdur.

Onar Alili (2013-03-06 18:07:55)
Salam Bu xəbərdarlığın sizə hər hansı təhlükə törətdiyini düşünmürəm.Antiviruslar bəzən kənardan gələn trafinki RPC açığı kimi görə bilər.Yazdığınız İP Kyivstar GSM şirkətinə aitdir.Sisteminizi yeniləyin bu açıqlara qarşı Microsoft yenilənmə çıxarmışdı bir neçə il əvvəl. Trend Micro`da bu xəbərdarlıq barədə oxuya bilərsiz.Yenədə SAZZ şirkətinə email yazmağınızda fayda var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

virus düşməsi

Sazz istifadeçileri

Texet format etmək

kompüterdə yaranan papkalar

Virus problemi,solution

Virus silmə metodu