MySQL -də BLOB faylların həcminin hesablanması

Salamlar, yenə də mən, yenə də MySQL -ə aid praktik sual :)
Tutaq ki, mənim MySQL bazamda müəyyən müddətdən sonra hər hansı bir baza həddən artıq yüklənir. 
Mən müəyyən müddət ərzində həmin bazanın ümumi həcmini hesablayıb, normadan artıq yüklənməməsi üçün bir EVENT yaratmaq, bu EVENT -də həmin bazanın ümumi həcmini hesablayıb maksimum həcmlə müqayisə etmək, müəyyən ölçüdə köhnə məlumatları silmək istəyirəm. 
Bu EVENT -i necə qurmaq olar? 

Google -da axtarış etmişəm, istədiyimi tapa bilməmişəm. . .

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Shahriyar Rzayev (2013-03-13 00:26:47)
Deymez cox xosdu :) suallara davam :)

Alibeyov (2013-03-13 00:26:11)
Çox sağol adaş :)

Shahriyar Rzayev (2013-03-13 00:22:06)
[code]SELECT * from( select table_name , SUM( TRUNCATE((data_length+index_length)/1024/1024,4)) AS total_mb FROM information_schema.`TABLES` WHERE table_schema='mysqlspp' GROUP BY table_name WITH ROLLUP) as ttt order by total_mb desc limit 1;[/code] Bu bir database(schema)-nin toplam mb-sini verir. Yeqin ki event daxilinde bunu yazib hesabliyib daha sonra da size uygun emeliyyati yerine yetirmek olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress saytın mysql optimizasiyası

Mysql CHECK əmri

Mysql nədir?

Bazadaki məlumatları tərsinə oxumaq

Sqlmap ilə delete əmri

MySQL -də OUTFILE -a dəyişənlə ad mənimsətmək