HP 630 enerji saxlaması

Salam Bayramınız mübarək hp 630 format eləmişəm Hər şey qaydasında dı Bircə o var ki hər dəfə zaryadkanı taxanda bir saniyəlik də olsa ekran tutulub açılır Səbəbini heç cürə tapa bilmirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2013-03-27 10:08:54)
Salam. HP-lərin yaralı yeridir batareya. Batareyasında bu və ya oxşar problemi olmayan HP çox az halda görmüşəm. Ya soba kimi qızarlar, ya dolu ikən boşdur elanı verib sönərlər, ya da belə tutulmalara səbəb olarlar. Servisə aparmağınız məsləhətdir.