Salam.
Facebook-da e-mailimi və parolumu yazıb hesabıma daxil olmaq istəyirəm , amma profilim açılmır.
Profilimə daxil olmaq istəyəndə şəkildəki cümlə yazılır , sonra Davam sözünü klik edirəm və açılan ekranda Enter the text below sözünün aşağısındakı şəkildə göstərilən kodu boşluq yerə yazıb Göndər yazısına klik edirəm , bundan sonra açılan ekranda Enter confirmation code yazısının aşağsında cümlələrin içərisində mənim telefon nömrəm yazılıb və orda ingiliscə deyilir ki , telefon nömrəmə Gövənlik Kodu göndərildi , amma beş dəqiqədən də çox müddət keçdi amma telefonuma heç-bir kod gəlmədi.
Telefonuma Güvənlik Kodu gəlsəydi burada sonuncu mərhələdə həmin kodu yazmaq üçün boş yer var idi yazıb sonda Göndər sözünü klik etməliydim.
Sualım belədir ki , facebook team-lə necə əlaqə saxlamaq olar problemi həll etmək üçün ? profilim açılmır belə olduqda necə əlaqə saxlaya bilərəm ?
Profilmdə yaranan bu problemlə bağlı sual vermişdim və mənə deyildi ki , ola bilsin parolumu kimsə qıra da bilər.
Bunu Facebook Team araşdıra bilər ? yəni ki , parolumu kim qırıb.Onu da deyim ki , profilimdə bu problem beş gün bundan əvvəl yaranıb , facebook da Əsas səhifəyə daxil olmaq istədim və birdən-birə bu problem yarandı.
Xaiş edirəm cavab yazın.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Tebrikler Blocdasan:)
0
🙂 Facebook tərəfindən olubsa problem yoxdu , əsas odu ki , kimsə profilimi ələ keçirməsin.
Bu Block nə qədər müddət çəkər ?
0
nar nom ile yoxla
0
Sualda da yazdığım kimi mən , öz hesabıma daxil olarkən e-mail və parolumu yazıram və sonrakı mərhələdə telefon nömrəmi özüm yazımıram , hazır şəkildə orda göstərilir və deyilir ki , telefon nömrənizə kod göndərildi , amma kod gəlmir.Mən facebook-da öz Azercell nömrəmdən istifadə etmişəm buna görə də orda göstərilən cümlələrin içərisində öz Sim nömrəm göstərilir.
Nar nömrə nəyi deyirsizsə , bunu başa düşmədim.
Sual verin
Cavab verin