facebook team-lə əlaqə saxlamaq

Salam.
Facebook-da e-mailimi və parolumu yazıb hesabıma daxil olmaq istəyirəm , amma profilim açılmır.
Profilimə daxil olmaq istəyəndə şəkildəki cümlə yazılır , sonra Davam sözünü klik edirəm və açılan ekranda Enter the text below sözünün aşağısındakı şəkildə göstərilən kodu boşluq yerə yazıb Göndər yazısına klik edirəm , bundan sonra açılan ekranda Enter confirmation code yazısının aşağsında cümlələrin içərisində mənim telefon nömrəm yazılıb və orda ingiliscə deyilir ki , telefon nömrəmə Gövənlik Kodu göndərildi , amma beş dəqiqədən də çox müddət keçdi amma telefonuma heç-bir kod gəlmədi.
Telefonuma Güvənlik Kodu gəlsəydi burada sonuncu mərhələdə həmin kodu yazmaq üçün boş yer var idi yazıb sonda Göndər sözünü klik etməliydim.
Sualım belədir ki , facebook team-lə necə əlaqə saxlamaq olar problemi həll etmək üçün ? profilim açılmır belə olduqda necə əlaqə saxlaya bilərəm ?
Profilmdə yaranan bu problemlə bağlı sual vermişdim və mənə deyildi ki , ola bilsin parolumu kimsə qıra da bilər.
Bunu Facebook Team araşdıra bilər ? yəni ki , parolumu kim qırıb.Onu da deyim ki , profilimdə bu problem beş gün bundan əvvəl yaranıb , facebook da Əsas səhifəyə daxil olmaq istədim və birdən-birə bu problem yarandı.
Xaiş edirəm cavab yazın.

[embed]http://www.facebook.com/photo.php?fbid=142718945903326&set=a.142718979236656.1073741825.100004956641969&type=3&theater[/embed]

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

İlkin Əlizadə (2013-03-24 06:27:08)
Sualda da yazdığım kimi mən , öz hesabıma daxil olarkən e-mail və parolumu yazıram və sonrakı mərhələdə telefon nömrəmi özüm yazımıram , hazır şəkildə orda göstərilir və deyilir ki , telefon nömrənizə kod göndərildi , amma kod gəlmir.Mən facebook-da öz Azercell nömrəmdən istifadə etmişəm buna görə də orda göstərilən cümlələrin içərisində öz Sim nömrəm göstərilir. Nar nömrə nəyi deyirsizsə , bunu başa düşmədim.

hacker_mako (2013-03-23 00:14:02)
nar nom ile yoxla

İlkin Əlizadə (2013-03-22 19:59:34)
:) Facebook tərəfindən olubsa problem yoxdu , əsas odu ki , kimsə profilimi ələ keçirməsin. Bu Block nə qədər müddət çəkər ?

SPC_707 (2013-03-22 19:08:14)
Tebrikler Blocdasan:)