Localhostda hazırlanmış saytı serverdə işə salmaq

Salam.Localhostda (denwer-də) hazırladığım Wordpress üzrə yığılmış saytı olduğu kimi necə serverə yükləyə bilərəm?Bunu mərhələlərlə mənə başa sala bilərsiniz?MySql bazadan istifadə olunub.MYSql-i export etməliyəm?www papkasında olan bütün faylları da serverə yükləməliyəm vəssalam?ancag bu mərhələləri bilirəm.Başqa nəsə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

business (2013-03-28 15:16:59)
yaxşı üsuldur.Mənim də gözümə durmuşdu onları MySQL ilə dəyişmək. her table-da ən azi 50 səhifə var idi.çox sagol

Emin Rəhmanov (2013-03-24 22:34:34)
Mysql bazada baxin nece yerde localhosta aid unvan varsa onun hamisini saytinizin unvani ile deyisdirin. Yada gozden qacirmamaq ucun sql fayli import etmemisden qabaq notepad++ la acib localhost unvani ile saytinizin adini yazib butun hamisini replace edin fsyo.arxayin olmaq ucun.sonra bazaya import edin sql fayli.

business (2013-03-24 22:04:14)
men hal-hazırdaki locaklhost-da mysql bazaya wp_optionstable-a goz gezdirdim,məndə bu 2 yerdə yox hələ1ci səhifədə 3 yerdədi.Məndə baza böyükdür,bunu nəzərinizə çatdırım.Bu halda yəgin ki bu normaldır?Əlavə olaraq səhvsiz işləyən Plugin-in deyə bilərsiz? onları da yoxlayaram

business (2013-03-24 21:53:24)
hmm demeli bazada wp_options table-da http://localhost_ünvanı http://www.sayt.com kimi dəyişməliyəm?Hər şüyi başa düşdüm bircə bunu yox Təşəkkürlər cavabınızçun

E. Hacı (2013-03-24 19:32:05)
Salam. Bunun bir çox yolları var, pluginlər də var. Əllə olan metod var ki, mən ondan istifadə edirəm. Deməli file-ları olduğu kimi copy-paste edirsiniz, mysql-i export sonra hostingdə import edirsiniz. Daha sonra bazada wp_options table-da 2 yerdə http://localhost_ünvanı olan yer var onu phpmyadmin-də search ilə tapıb dəyişirsiniz vəssalam. Sonda qalır təkcə wp_config.php faylında mysql user parolu dəyişmək.