Aldığım WordPress theme-ni başqa sayt üçün istifadə etsəm nə olar?

Wordpress theme-ni aldım bir saytı onun üzərində qurdum və aktiv ettdim.REGULAR (sadə) lisenziya ilə almışam.1 domen üçündür lisenziya.Mənə maraqlıdır bunu yenə də istifadə etsəm nə olar və necə ola bilər)Kim hardan biləcək mən bunu neçə sayt üçün istifadə edirəm?Zəhmət olmasa bu haqqda ətraflı məlumat verin.Əgər bilsələr ki mən bunu 2 sayt üçün istifadə edirəm onda nə ola bilər ki?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2013-04-02 13:42:03)
Salam. Bizdə belə hüquqlara çox da riayət edilmir deyə demək olar vecinə alan yoxdur. Əslində isə düzgün deyil təbii ki. Müəllif necə qayda qoyubsa ona uymaq etik olar. Əks halda isə sizə edə biləcəyi nəsə yox. O harda siz burda. Hara şikayət etsə bəhrə verməz. Yəni bir növ bu sizin vicdanınıza buraxılmış məsələdir. Xəbər tutması isə axtarış motorları filan vasitəsilə mümkündür.

Magistr (2013-03-30 17:21:13)
heqiqi gulmeli sualdi :) her halda 1 domen ucun almisansa demeli 1 domen ucun istifade ede bilersen,