Saytda məlumatın yenilənməsi

Salam bir skript hazırlamışam html və php ilə indi bilmək istəyirəm domen alıb onu ora yükləsəm məlumatı necə yeniləyəcəm?gərək scriptdə dəyişim məlumatı yüklüyüm yoxsa elə saytın özündən olur?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

marmeladze (2013-05-04 01:43:47)
bunun üçün əvvəlcə bir qələmlə kağız lazımdır. sadə formada bu modelləşdirməni apar: 1)əvvəlcə məlumatların daxil ediləcəyi bazanı qur. məs: bloq tərzi yazılar yazmaq istəyirsənsə, bloq cədvəli üçün, müvafiq elementlərinə uyğun (yazının sırası(id), yazı başlığı, əsas mətn, yazılma tarixi) sütunlarını yarat. 2) admin interfeysi yarat. burda bloqa daxil edəcəyin məlumatlar üçün giriş forması düzəlt. məs: text field, textarea və təsdiq düyməsi. düyməyə basılandan sonra, burdakı məlumatları, bazaya daxil etmək üçün müvafiq sql sorğusu yazılmalıdır. 3) daha sonra isə, yazıların başqaları tərəfindən oxunmağı üçün istifadəçi interfeysi. bunun üçün verilənlər bazasından müvafiq məlumatların çıxarılması üçün sql sorğularını yazmalısan.

Azerbaycan (2013-04-03 19:25:47)
yox mən 0-dan düzəldirəm admin panel düzəltməmişəm admin panelin necə düzəldə bilərəm?

Cabbarov Sübhan (2013-04-03 11:47:07)
O baxır sən skripti necə hazırlamısan. Əgər məlumat yenilənməsini nəzərə alıbsansa yəqin ki admin (idarə) panel də hazırlamısan. Ama bu sualı verdiyinə görə hazırlamıyıbsan. Əgər CMS skriptlərindən istifadə edirsənsə onların özünün admin paneli olur.

Baron660 (2013-04-02 22:25:58)
meqale wekil videonu nezerde tutursansa admin panelden.