eBay-da alınan mal

Salam eBay-dan Martın 18-i aldığım mal haqqında dünən mənə ismarıc gəlib.My eBay bölümündə olan Inbox-a belə bir mesaj gəlib , bu nə deməkdir ? Hi
We have opened an unpaid item case for ***************************************************
If payment isn't received by Apr-06-13, the seller may withdraw from the contract and you would no longer be entitled to receive this item. Additionally, an unpaid item may be recorded on your account, which could lead to your account being suspended.If you've already paid and think payment should have been received by now, please contact eBay Customer Support. ________________________________________________ ****-ulduzların yerində aldığım malıın adı yazılmışdı.Başa düşdüyüm qədəriylə demək istəyirlər ki həmin mal alınmayıb , amma ayın 18- həmin malı almışdım kartımdan pul da çıxıb və orda qeyd olunmuşdu ki , Shipped 03/19/13 yəni ki , əgər bu mal alınmayıbsa bir gün sonra niyə mənə göndərilib , yəni ki , yola düşüb. Malı 16 gün bundan əvvəl almışamsa indi niyə ismarıc gəlib ? Zəhmət olmasa kömək edin , nə etməliyəm ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

İlkin Əlizadə (2013-04-04 20:03:38)
Mən həmin malın pulunu ödəmişəm və orda da işarə düşmüşdü ki , ödənilib və malın mənə göndərilmə tarixi də göstərilib. Mənə də elə bu maraqlıdı ki , pulu ödəmişəm , mənə bu mesaj niyə gəlməlidi ki ? Mal aldıqdan sonra , başqa malı almaq istəmişdim amma kartımda pul qalmadığı üçün onsuzda o malı almaq mümkün olmadı. amma eBaydan mənə gələn bu mesajda pulunu ödədiyim mal göstərilib və deyilir ki , həmin malın pulunu ödəməmişəm ? ödədiyimə görə bu mesaj gəlməməliydi , problem başqa nədə ola bilər ?

Cabbarov Sübhan (2013-04-03 18:08:18)
Siz hansısa malın pulunu ödəməyibsiniz, ebay xəbərdarlıq edir ki aldığını malın pulunu aprelin 3-ə qədər ödəyəsiniz. Əgər pulu ödəmiş olsaydınız bu mesaj sizə gəlməzdi. Sizin email ünvanınızı yoxlayın görün ki bu malın göndərildiyinə dair hər hansı məktub var ya yox. Əgər yoxdusa deməli nə mal göndərilib nə də ki siz malın pulunu ödəmisiniz.