Facebookda spam mesajlar göndərilir

Facebookda məndən xəbərsiz dostlarımın inboxuna, divarlarına, statuslarına və s. link şəklində spam mesajlar göndərilir avtomatik özümündə xəbəri olmadan. Bu spam  virus kiməki göndərilir  linki kim açdısa ondanda eyni şəkildə olmaqla yayılır. Çarəsini çıxış yolunu bilən varmı? Bütün tətbiqetmələrdən çıxmışam iş o yerə çatıbki hesabımıda dondurmuşam. Qısa müddət durğunluq oldu amma yenidən başlayıb yalançı mesaj göndərməyə. Bilgisi olan varsa yazsın, əminəm ki çoxlarımızın başına gəlib bu hadisə.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Kamran (2013-04-05 14:08:16)
Hesabi baglamagi yox dondurmağı düşünürəm. Amma kompyuterin formatlanması çıxış yolu deyil. Təkcə məndə deyil bu problemlər dostlardan 5-6 nəfərdəndə eynilə mənə spam mesaj gəlir onlarında hadisədən xəbərləri yoxdur.

Togrul Memmedov (2013-04-04 23:33:02)
mence en yaxsisi siz hesabinizi baglayin ve kompu format edin

Kamran (2013-04-04 14:25:36)
Kiber hucum spam şəklində olub olmağına. Amma maraqlısı kim həmin mesajı açırsa ondanda dostlara göndərilir şəbəkə halında artır. Yoluxdurucu daşıyıcı olursan istər istəməz. Yığdı oyunu kimi

Kamran (2013-04-04 14:22:27)
Hamısını silmişəm düzəlmə yoxdur

Black_shade (2013-04-04 10:40:12)
Bunun ucun daxil olun конфиденциальность bolmesine orda приложения-de olan ne qeder teklifler var hamisini silin, spamlar silinecek hamisi ..

Togrul Memmedov (2013-04-04 00:27:21)
salam belkede sizin hesabiniza kimse kiber hucum edib bu yoldan esasen hakerler istifade edir size her hansi bir dostunuzun adindan mesaj gonderilir ve siz mesaji acan kimi artiq sizin hesabiniza soxulurlar ve bu yolla sizin butun dostlariniza ve onlarin butun dostlarinin melumatini ogurlaya ve kiber hucumlarda sizin serverden istifade ede bilerler yani ping atma yolu ile her hansi bir serveri dondura ve oradan melumatlari ogurlaya bilerler

Kamran (2013-04-03 23:32:55)
Yeqinki like artirmaq ucun olanlardandi. Cunki tanisim istifade edirdi mənə spam link gəldi açdım. O gündən məndə göndərməyə başlamışam.

Baron660 (2013-04-03 23:15:47)
reklam xarakterli spamdi??? like artirrmaq uchun olan saytlardan (proqramlardan) istifade eliyende bele olur. (belke sende bawqa sebebdendi)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook arxiv

Facebook səhifə birləşdirmədə səhv

Fb hesab hack olunub

WordPressdə post etdiyim materialı facebookda paylaşanda link adında qarışıq simvolların səbəbi?

Facebook səhifə yönəltmək.

Flaşkartda virus faylı köçürməyə qoymur