Centos serverdə şəbəkə problemi

Salam .
Dünən belə bir problemlə üzləşdim:
Normal işləyən serveri bir binadan digərinə gətirib qoşduqdan sonra ip alsa da internetə çıxa bilmədi. Qeyd edim ki,serverdəki Centos -dur, kabeldə problem yoxdur, əvvəlki bina ilə indikinin ip -ləri fərqlidir, həmin ip -ni öz komputerimdə əl ilə sazlayıram, normal açılır saytlar, amma serverdə saytları ping edirəm işləmir. Serverin 2 ədəd ethernet çıxışı var, hər ikisində də eyni vəziyyətdi. ip alır, daxildəki komputerləri, dhcp serveri ping edə bilir, özünü də ping etmək olur, gəl ki, internet saytlarına links ilə girəndə və ya ping edəndə "network is unreachable" yazılır. Normal işləyən serverdə birdən-birə niyə belə bir problem olsunki?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Alibeyov (2013-04-08 20:29:30)
halaldı :) elə bu əmrlə düzəltdim bu gün səhər :)

VendeTTA (2013-04-08 13:31:35)
Bu əmri ver yoxla route add default gw 192.168.1.1

Alibeyov (2013-04-07 16:52:01)
Sualıma cavab olaraq bunu yazmayasız deyə, indidən deyim: Firewall sönülüdür və şəbəkə sazlamaları da düzgündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

işlemek isteyirem

Əlinizdə pul olsaydı nə iş görərdiniz?

Riyaziyyata aid hansısa bir fakültəni oxuyan şəxs hər hansı başqa sahədə işləyə bilər?

Adsense yoxsa Network?

Toplu iş yerlərini tapmaq

Internet üzərindən iş axtarıram