Twitter-də hashtag-lı tvitlərim silinib

Salam Twitter-də paylaşdığım təxminən 10-15 tvitlərin hamısında eyni hashtag-dan istfadə etmişdim , amma Tvitter-də Search yerinə həmin hashtag-ı yazıb axtarış üçün klik edəndə paylaşdığım həmin tvitlərdən cəmi 3-4 tweet qalmışdı. Sualım belədir ki , həmin hashtag-lı digər tvitlər necə silinə bilər ? bunu kimsə edə bilər ? (Onu da deyim ki , mən istfadə etdiyim həmin hashtag-lı tvitləri paylaşmamışdan qabaq , bu hashtag-lı tvitləri axtarmışdım və heç kim həmin hashtag-dan istifadə etmədiyi üçün axtarışda nəticə çıxmamışdı və bu gün yenidən Search-a eyni hashtag-ı yazıb axtarış edəndə gördüm ki , həmin hashtag-la tvit paylaşanlar yenə də yoxdu , amma dediyim kimi mənim o hashtag-lı tvitlərimin çoxu silinmişdi 3-4 tweet qalmışdı.) Bu necə ola bilər ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

İlkin Əlizadə (2013-04-15 22:40:25)
Çox sağ olun. həmin hashtag-lı tvitlərin hamısını eyni vaxtda paylaşmışdım və dediyim ki , o hashtag-dan yalnız mən istifadə etmişdim və bu tvitlərin sayı çox deyildi əgər bütün bu tvitlər axtarışda çıxmadısa mənə elə gəlmişdi ki , yəqin tvitter-də silinib amma siz dediyiniz kimidir , buna görə də axtarışda tapılmır həmin tvitlər.

E. Hacı (2013-04-15 17:30:19)
Salam . Twitter search Google kimi dəqiq işləmir. Elə halların olması normaldır. Əsasən real time-a üstünlük verirlər, bir az üstündən keçən kimi nəticələr tam çıxmır və ya heç çıxmır