Twitter-də profili müvəqqəti bağlamaq

Salam Twitter-də profili müvəqqəti bağlamaq olur ? (facebook-dakı kimi) və necə edə bilərəm ki , twitter-də mənim FOLLOWERS siyahımda olmayan şəxslər , yəni ki , məni follow etməyən şəxslər mənim istifadəçi adımın istifadə olunduğu mention tvitlər paylaşa bilməsinlər ? və necə edə bilərəm ki , mənim FOLLOWERS siyahımda olanlardan başqa heç kim mənim paylaşdığım tvitlərə Reply tviti yaza bilməsin yəni ki , şərh yaza bilməsin ? Dediklərimdən hansılar mümkündür ? və mümkündürsə bunları necə etməliyəm ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-04-16 00:48:23)
Bəli birdəfəlik bağlamaq üçündür. Amma 30 gün vaxt verir, ki geri qayıdıb yenidən aktivləşdirməkçün, 30 gündən sonra tam silir. Bu sözləri deactivate buttona vuranda ekrana da çıxarır xəbərdarlıq edir

İlkin Əlizadə (2013-04-15 22:53:51)
Çox sağ olun. Edit profile-də sol tərəfdə Account bölümü var və ora daxil oldum , ən aşağıda Deactivate my account yazısı var.Bu yazı olan hissə profili birdəfəlik bağlamaq üçündür ?

E. Hacı (2013-04-15 17:21:34)
Salam. Tvitterdə müvəqqəti bağlamaq yoxdur. İstənilən istifadəçi istənilən tviti yazmaqda sərbəstdir, siz onlara adınızı mention etməyi qadağan edə bilməzsiniz. Amma həmin istifadəçini blok etsəniz, onun reply və mentionu sizdə görünməz.