Excel, ComboBox, Image

Salam, Exceldə belə bir şey qurmaq istəyirəm. C:\images qovluğunda müxtəlif ölçülü "it", "pişik", "ayı" və "tülkü" şəkilləri var, məsələn, it.jpeg, pisik.jpeg, ayi.jpeg, tulku.jpeg və s. Exceldə ComboBox qurulub, ComboBoxun siyahısında it, pişik, ayı, tülkü və s. kimi adlar var. ComboBoxdan bunların hər hansı birini seçdikdə həmin heyvanın şəklinin qeyd olunmuş yerdə (məs., B2:G11 xanalarını əhatə edən düzbucaqlıda) təsvir olunmasını istəyirəm (müəyyən vaxt ərzində peyda olub, sonradan yox olmasını istəmirəm). Təsvir o vaxt dəyişə bilər ki, ComboBoxdan digər heyvanın adı seçilsin və yenidən seçilən heyvanın şəkli qeyd olunan yerdə yenə təsvir olunsun. Şəklin itməsini ona görə istəmirəm ki, həmin listi printerə çapa verəcəm, qeyd olunan yerin boş çap olunması məqsədim deyil ;) Ehtimal ki, makrosdan istifadə etməli olacam, ancaq necəsini bilmirəm, yardım edə bilərsinizmi?!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mehman Elxanoglu (2013-04-16 22:05:49)
Alparslan, Exceldə bu işləri görməkdə müəyyən məqsədim var. Photoshop mənə yekunda hansısa şəkli çap etməyimə kömək olacaq, həmin şəkli isə internetdən tapmaq mümkündür. Excel mənə hesablama işləri üçün lazımdır, belə ki, Photoshop hesablamada hər halda Excelin yerini verməyəcək. İşimin 80-90% hissəsi hesablamadır, şəkil mənə sadəcə çap zamanı lazımdır. Sualda yazılmış it, pişik və s. hamısı şərti xarakter daşıyır. Mənə alqoritmin kodu lazımdır.

Alparslan (2013-04-16 11:30:06)
Siz nə üçün bunu Excellə edirsiniz ki? Sizin dediyinizdən başa düşürəm ki,bunu Excellə etmək əlverişli deyil.Photoshop ilə etsəniz daha asan və gözəl alınar. Bəlkə də səhv başa düşmüşəm .

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Excel Mətindəki həriflərin yerini deyişdırmək

Excel funksiyalarının izahı

Ubuntunun image çıxarmaq

MS Excel-də kalkulyator düsturu

Ədədi verilənlərin formatı

Excel də bildiriş (reminder)