Salam dostlar.Sizin fikriniz mənim üçün çox əhəmiyyətlidi.Mən aliexpressdən samsung i9000 telefonu sifariş verdim.Telefon gəldi amma bir az başqa cürədi.Satıcı deyirki Koreya versiyasıdı.Samsung telefonunu koreya buraxmır ki burda hansı versiyadan söhbət gedir? Telefonun arxasında T işarəsi və altda ANYCALL yazısı var telefonda samsung işarəsi bircə söndürüb yandıranda göstərir.Telefonda kitayskiy telefonları kimi antena var.Dostlarım deyir ki kitayskiy telefondu.Amma, şəkil çəkiliş menyu hər şey əladı…….
Satıcının linki http://www.aliexpress.com/item/Original-Samsung-I9000-Galaxy-S-Mobile-Phone-3G-WiFi-GPS-5-0MP-Pix-camera-4-0inch/504690208.html
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Hər şey əladırsa sizi narahat edən nədir? 🙂
Sizin telefon i9000 deyil, i9000 yalnız bir cür olur, cüzi fərq varsa deməli başqa modeldir, yox əgər fərqi ola ola üstündə harasa i9000 olduğu yazılıbsa, deməli geydirmə metodlarla hazırlanıb və ya modifikasiya edilib.
Koreya versiya isə o deməkdir ki, ancaq Koreya bazarı üçün hazırlanıb, Koreya operatorları ilə işləyir və.s. Belə telefonlar çox olur, ancaq USA üçün hazırlanan, ancaq Koreya üçün hazırlanan və.s. Amma onların heç bir halda model adı beynəlxalq versiyalarla eyni olmur. Məsələn Galaxy S beynəlxalqın adı i9000-dursa, Koreya versiyasının adı M110S-dir.
0
Samsung i9000 deyil bu
Sual verin
Cavab verin