WordPress təhlükəsizliyi üçün ən yaxşı plugin

Salam.İlk öncə Ən yaxşı Wopdpress security plugini lazımdır.Google-da çox axtarış etdim,amma seçim edə bilmirəm.İkinci də onu bilmək istiyirəm ki,bir neçə security plugini bir theme üzərinə yazsam aləm bir birinə dəyməz ki? Məsələn u 3-ünü eyni vaxtda yazmaq olar mı? Wordfence Security Bulletproof Security Better WP Security Daha ətraflı və dəqiq məlumat gözləyirəm təcrübəli  proqramistlərdən.Təhlükəsizlik hər şeydən vacibdir...

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2013-04-19 23:18:57)
Salam. Xeyr, birini işlədin. Reytinqli, tanınmışı hansıdırsa çalışın onu işlədin. Wordpress təhlükəsizlik çox geniş mövzudur və bir mövzu ilə həll olmur. Wordpress başlanğıc halı ilə tam təhlükəsiz platformadır, hər hansı plugin olmadan. Əlavə təhlükəsizlik hər ehtimala qarşı olan tədbirlərdir, ehtimalı az olan təhlükələr üçün. Məsələn əsas userin adı admin olmasa yaxşıdır, db prefix wp olmasa yaxşıdır, wp-content papkasını konfiqurasiyadan rename etmək yaxşı olar, login hissəyə captcha qoşmaq və ya attempt sayına məhdudiyyət qoymaq yaxşı olar, ki minlərlə cəhd edib parolu təsadüfən tapammasın kimsə. Elə pluginlər də var ki, adıçəkilən işləri özü görür. Amma yenə də təkrar edim, WP özü təhlükəsiz platformadır. Yuxarıda deyilənlər edilsə demək olar ki bəs edər.