Sualım wordpress’də səhifələnmə getməməsi ilə bağlıdır. Ana səhifəyə maksimum 5 post əmri vermişəm. 6-cı post yazılan kimi 2-ci səhifə yaratmalıdı, amma yaratmır nədənsə. saytınadı.com/page/2 ünvanına girdikdə isə ana səhifəyə qayıdır. Qeyd edim ki, index.php-də <?php pagination(); ?> əmri verilib. Başqa hansı fayllardan əmrlər verilməlidi? və bu problem temadan asılıdı yoxsa wordpress’dən?
P. S.: problemi düşündüm ki, “WP-PageNavi” plagini yazaraq həll edə bilərəm, amma yenə də eyni problem var.
P. S. 2: saytınadı.com/page/2 səhifəsinə “WP-PageNavi“ plaginini yazmamışdan əvvəl girəndə, 404 error verirdi.
Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)
0
Salam. General settings->permalink-ə daxil olun, formatı seçin və save basın. Problem ancaq burdan qaynaqlana bilər. Əgər permalink htaccess-i update edə bilməsə orda yazacaq, səhifəni diqqətlə oxuyun permalinki save edəndə. Və update getdiyinə əmin olun.
Amma NEXT görünməməsi filan isə bununla bağlı deyil, o sırf temanın problemidir, default twentyeleven filan aktiv edin onunla da baxın, orda artıq görünməlidir.
0
permalink update olunur: “Permalink structure updated.”
.htaccess faylının içində olanlar:
temada index.php-dən başqa hansı fayllarda səhifələnmək üçün əmrlər verilir? qeyd edim ki, temanı dəyişmişəm. yəni “twentyeleven” teması deyil.
0
yoxladım və problemin harada olduğunu tapdım. problemim Front page displays funksiyası ilə imiş. onu “Last posts” etdiyimdə, hər şey normaldır, səhifələri göstərir və keçid verir. Amma “A static page (select below)” seçdiyimdə isə bu problem qarşıma çıxır. iş burasındadır ki, mənə də “Last posts” yox, “A static page (select below)” lazımdı. bunu həll etmək olar mı?
0
Twenty eleven aktiv edin və yoxlayın görün düzəlirmi.
0
aktiv etdim. yenə də “Front page displays”da “A static page (select below)” əmrini verdikdə səhifə gəlmir. həll etmək olar bunu?
0
WordPress saytından ən son versiya yükləyin, ftp ya cpanel ilə öz saytınızdan vvpadmin və vvpincludes qovluqlarını silərək yüklədiyiniz zip fayldan eyni papkaları saytınızda sildiyiniz papkalarla əvəz edin. Duzelmelidir. Amma ehtiyatlı edin bunu, hər hansı səhv saytımızın işləməməsinə gətirib çıxara bilər
0
Bir də ki static page seçəndə təbii ki əsas səhifədə nömrələmə olmamalıdır. Siz posts üçün seçdiyiniz başqa səhifədə də yaşayırsız bu problemi?
0
başqa saytlarda da araşdırdım, dediyiniz kimi çıxdı. static page seçəndə səhifəkəmə olmadı. bəs bunu “əlnən” necəsə düzəltmək olar? hansısa kodlarla? mənim başqa çıxış variantım yoxdu, static page seçməliyəm, çünki sayta sadəcə vvordpress standart postları əlavə olunmur. Last Posts seçəndə isə ancaq vvordpress standart postlarını göstərir.
0
tam cavabı öz saytlarında tapdım, amma static page-da səhifələrin ortaya çıxmamasını vvordpress-in bug-ı kimi adlandırıblar. amma buna bir çıxış yolu tapmaq olsaydı yaxşı olardı. hər-halda tək mən deyiləm bundan əziyyət çəkən 🙂
0
Yalan deyirlər. Wp-nin codex-i var və nəyi harda çıxmasını kodla düzüb qoşmaq olur səliqə ilə. Görünür temada hansısa naşılıq var. Adi temalarda belə bir problem ümumiyyətlə mövcud deyil
0
twenty eleven temasını da aktiv edəndə belə oldu. Front page displays-da static page seçəndə səhifə göstərməməsi normaldı vvordpress-ə görə. amma istifadəçiyə lazım olur deyə masterlər 1-2 kod yazıblar. tapdım o kodları mən internetdən, kömək edir deyilənə görə. amma o kodları hara yazmalı olduğumu bilmədiyim üçün əlimdən heç nə gəlmir. məsələn bu sayt tapıb, fikirlərdən bilinir ki, hamıda işləyib. hara yazmalı olduğum haqda kömək edə bilərsən?
0
Problemi ümumiyyətlə düzgün təsvir etməmisiniz . Static page bir səhifə üçündür orda loop olmur. Loop istəyirsizsə static page seçməyin. Yox əgər static page də süni loop lazımdırsa wp-query ilə loop qurmalisiniz sıfırdan. Bu isə WP codex biliyi tələb edir. Bu artıq sual-cavab saytı mövzusu deyil, mütəxəssis lazım ki düzəltsin.
0
bəs yuxarıda qeyd etdiyim saytın heç bir köməkliyi ola bilməz?
0
Bəs mən də onu deyirəm də. Ki wp query istifadə edilməlidir. O saytda yalnız sadə xüsusi halıdır. Geniş halı üçün query_posts necə işləyir araşdırın tapmalı və fix etməlisiniz.
Sual verin
Cavab verin