WordPress üçün server seçimində kömək

Salam.Wordpress üçün serveri sazlamaq lazımdı.Hosterin idarə etmə panelində bunu Apache kimi , CGİ kimi, yoxsa FastCGİ kimi seçməliyəm?Wordpress üçün hansı daha uyğundur? Əgər  mümkünsə buların fərqini də izah ederdiniz.Əvəlcədən təşəkkülər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-04-21 20:16:25)
Apache with fastcgi yoxdur bəs sizdə? Saytın surəti aşağıdırsa bu hostinq provayderin keyfiyyət problemindən ola bilər. Vds-dir sizdə ya dedicated? Hansı data centerdir? Nginx ya Apache filan bunlar dediyim kimi nəhəng trafikinin saytlarda optimization üçün lazım olur, ki hansı daha effektivdir. və qurulması üçün server administrative biliklər lazımdır . Amma sizə o lazım deyil, sizdə güman ki serverin özündə problem ola bilər

business (2013-04-21 15:47:38)
Təşəkkürlər, məndə nginx -di "PHP kak modul FastCGİ" sazlanıb.ngnix-də nə kimi dəyişikliklər etmək lazımır?zəhmət olmasa ətraflı yazın.Saytın sürətinin zəif olması nədən aslıdır?

E. Hacı (2013-04-21 12:08:56)
Salam. FastCGİ elə Apache moduludur. Saytınızın auditoriyasından asılıdır belə sazlamamarın zəruri olması. Normal saytlar üçün(məsələn günlük 10min ziyarətçiyədək) default sazlama kifayət edər. Məsələn məndə bir serverdə default olan Apache with FastCGI ilədir. Wordpress və ya qeyri wordpress olması isə bu məsələdə önəmli deyil. Əsas odur ki Apache olsun. Qeyri Apache olsaydı da (İİS, lightpd, nginx və.s.) Wordpress işləyərdi, amma bir az əlavə işlər görmək lazım olardı, çünki default WP permalinks ancaq Apache ilə normal işləyir.