Linux sistemində web server qurmaq.

Salam. Linux sistemində web server qurmaq istəyirəm. Bunu əvvəldən axıra kimi öyrədən sayt var? video ilə olsa yaxşı olar.  statik IP alacağam.  komputerimin göstəriciləri normaldır. orta səviyyədə anlayışım var. Məs: pc-da localhost qururam işləyir. IIS ilədə IP üzərindən WEB-ə çıxış yaradıram. Optimal Server yaratmaq üçün bildiklərim kifayət etmir.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(23:42, 22/04/2013 ) #29235

Salam. Bunun üçün Linux Ə.S-dən az-çox başınız çıxmalıdır. Əgər məlumatınız yoxdursa, aşaöıda yazdıqlarım sizə çox çətin gələ bilər. Yaxşı olardı ki, google-da axtarışlar edib, əvvəlcə Linux- Ə.S -ndən biri haqda (məsələn, server səviyyəsində ideal sayıla biləcək Centos) nəsə öyrənəsiz.
İlk addım kimi bunları edə bilərsiz:
Virtual Maşında Centos -un minimal variantını qaldırın.
Sonra bu komandaları ardıcıllıqla yerinə yetirin:
vi /etc/selinux/config -ə daxil olub, selinux=disabled edin.
chkconfig iptables off
chkconfig ip6tables off
reboot

Sonra isə Sizə lazım olan əsas modulları install edin.
Apache (və ya Nginx)
Php
MySQL və s.

Sonra isə bu modulları gördüyünüz işə uyğun sazlayın.
Bu haqda da yaxşı olardı ki, google-da axtarasız.
Məsələn: bu cür

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    anladim. elave bir nece sualim var.
    1. Centos-u komputere adi windows qaydasinda format edib yazacagam?
    2. niye mehz CENTOS-un minimal variantini tovsiye edirsiz?
    3. centos-da komandalari yazmag ucun qara sehifeni nece acacagam?
    4. lazim olan modullari qurduqdan sonra DNS-i nece yaradacagam? dns-menecerden static ip uzerinde Ns1, ns2 yaradacagam? boyuk serverlerde dns iki ip uzerinde qurulur. bunun ucun men iki static ip almaliyam?

    mumkunse etrafli cavab yazasiz. minnetdaram.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:08, 23/04/2013 ) #29253

      1)Əgər server üçün əlavə komputeriniz varsa, Centos -u ona yaza bilərsiz. Yox əgər, siz bunu öz şəxsi komputernizdə etmək istəyirsizsə, Centos -u Virtual Box adlı proqram vasitəsilə istifadə edə bilərsiz. Virtual Box haqda internetdən araşdırıb oxumağınız yaxşı olardı 🙂 .

      2) Minimal variantda həm GUI (Graphic User Interface) olmur, həm də sistemdə əsas lazımlı paketlər olur. Yaxşı olardı ki, bunu da google-da araşdırasız, Virtual Box necə sazlanılır, Centos VB-da necə qurulur və s

      3) Minimal variantda qrafik rejim olmadığı üçün, onsuz da sizin sisteminiz terminalda (“centos-da komandalari yazmag ucun qara sehife”) açılacaq. Komandalar haqda isə yenə özünüz axtara bilərsiz.
      4) Əgər siz bunu real hostinq məqsədi ilə edirsizsə gərək komputerinizin parametrləri güclü olsun, bu sistem Virtual Box -da yox, real komputerin özündə install olunsun. DNS server haqda isə buradan məlumat ala bilərsiz. Bəli gərək provayderdən 2 ədəd ip alasız.


      **Amma ev şəraitində sizin düşündüyünüz “böyük webserver” qurmaq heç də asan deyil. Bununla əsasən lokal webserver qururlar. Hosting səviyyəsində olması üçün optik internet, kəsilməz elektrik enerjisi, soyuq hava tempraturu, firewall olmalıdır, serverdə də təhlükəsizlik üçün bir sıra modullar qurulmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Komeye gore coxsagol. her sey aydin oldu. sirket seviyyesinde local-webserver qurmaq fikrim yoxdur. oz saytlarim ve 1-2 tanislarin saytini isletse kifayet eder.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:00, 23/04/2013 ) #29270

    Buyurun, yenə də, hosting səviyyəsi üçün kifayət etməyəcək. Təzə başlayırsızsa, çox başınız ağrıyacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (8 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024