Linux sistemində web server qurmaq.

Salam. Linux sistemində web server qurmaq istəyirəm. Bunu əvvəldən axıra kimi öyrədən sayt var? video ilə olsa yaxşı olar.  statik IP alacağam.  komputerimin göstəriciləri normaldır. orta səviyyədə anlayışım var. Məs: pc-da localhost qururam işləyir. IIS ilədə IP üzərindən WEB-ə çıxış yaradıram. Optimal Server yaratmaq üçün bildiklərim kifayət etmir.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Alibeyov (2013-04-23 16:00:40)
Buyurun, yenə də, hosting səviyyəsi üçün kifayət etməyəcək. Təzə başlayırsızsa, çox başınız ağrıyacaq.

Vilayetden Sehadete Kimi (2013-04-23 15:29:11)
Komeye gore coxsagol. her sey aydin oldu. sirket seviyyesinde local-webserver qurmaq fikrim yoxdur. oz saytlarim ve 1-2 tanislarin saytini isletse kifayet eder.

Alibeyov (2013-04-23 10:08:58)
1)Əgər server üçün əlavə komputeriniz varsa, Centos -u ona yaza bilərsiz. Yox əgər, siz bunu öz şəxsi komputernizdə etmək istəyirsizsə, Centos -u Virtual Box adlı proqram vasitəsilə istifadə edə bilərsiz. Virtual Box haqda internetdən araşdırıb oxumağınız yaxşı olardı :) . 2) Minimal variantda həm GUI (Graphic User Interface) olmur, həm də sistemdə əsas lazımlı paketlər olur. Yaxşı olardı ki, bunu da google-da araşdırasız, Virtual Box necə sazlanılır, Centos VB-da necə qurulur və s 3) Minimal variantda qrafik rejim olmadığı üçün, onsuz da sizin sisteminiz terminalda ("centos-da komandalari yazmag ucun qara sehife") açılacaq. Komandalar haqda isə yenə özünüz axtara bilərsiz. 4) Əgər siz bunu real hostinq məqsədi ilə edirsizsə gərək komputerinizin parametrləri güclü olsun, bu sistem Virtual Box -da yox, real komputerin özündə install olunsun. DNS server haqda isə buradan məlumat ala bilərsiz. Bəli gərək provayderdən 2 ədəd ip alasız. **Amma ev şəraitində sizin düşündüyünüz "böyük webserver" qurmaq heç də asan deyil. Bununla əsasən lokal webserver qururlar. Hosting səviyyəsində olması üçün optik internet, kəsilməz elektrik enerjisi, soyuq hava tempraturu, firewall olmalıdır, serverdə də təhlükəsizlik üçün bir sıra modullar qurulmalıdır.

Vilayetden Sehadete Kimi (2013-04-23 01:09:43)
anladim. elave bir nece sualim var. 1. Centos-u komputere adi windows qaydasinda format edib yazacagam? 2. niye mehz CENTOS-un minimal variantini tovsiye edirsiz? 3. centos-da komandalari yazmag ucun qara sehifeni nece acacagam? 4. lazim olan modullari qurduqdan sonra DNS-i nece yaradacagam? dns-menecerden static ip uzerinde Ns1, ns2 yaradacagam? boyuk serverlerde dns iki ip uzerinde qurulur. bunun ucun men iki static ip almaliyam? mumkunse etrafli cavab yazasiz. minnetdaram.

Alibeyov (2013-04-22 23:42:02)
Salam. Bunun üçün Linux Ə.S-dən az-çox başınız çıxmalıdır. Əgər məlumatınız yoxdursa, aşaöıda yazdıqlarım sizə çox çətin gələ bilər. Yaxşı olardı ki, google-da axtarışlar edib, əvvəlcə Linux- Ə.S -ndən biri haqda (məsələn, server səviyyəsində ideal sayıla biləcək Centos) nəsə öyrənəsiz. İlk addım kimi bunları edə bilərsiz: Virtual Maşında Centos -un minimal variantını qaldırın. Sonra bu komandaları ardıcıllıqla yerinə yetirin: vi /etc/selinux/config -ə daxil olub, selinux=disabled edin. chkconfig iptables off chkconfig ip6tables off reboot Sonra isə Sizə lazım olan əsas modulları install edin. Apache (və ya Nginx) Php MySQL və s. Sonra isə bu modulları gördüyünüz işə uyğun sazlayın. Bu haqda da yaxşı olardı ki, google-da axtarasız. Məsələn: bu cür

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web server necə yaradım

Sərt disk’də olan “MBR, GPT” fərqləri nədədir tam dəqiq.?

Linux-da proqram quraşdırılması

Digitalocean və AZ domeni

Linux serverlərdə təhlükəsizlik haqda dərslik lazımdır

Backtrack 5 R3 haqqında