Plastik kart barədə geniş məlumat

Salam . Plastik kart almaq istəyirəm . Əsas məqsədim on-line alış-veriş etməkdir , həmçinin , komunal xərcləri də ( işıq,qaz,su və s. ödənişlər) ödəmək olsun . Biraz araşdırdım . Amma bildiyiniz məlumatları depozit , illik ödəniş və s. haqda yazardız ( cavabınız nə qədər geniş olsa yenə də hamısını oxuyacam , yazmaqdan çəkinməyin ) .

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Black_shade (2013-04-23 09:03:56)
Mən öz praktikamdan nəsə yaza bilərəm, bu vaxta kimi bir neçə cart dəyişmişəm ən yaxşısı Access bankın Visa Classic kartı olub. Məsələn Beynəlxalq bankın cartından dostum istifadə edib onda problem olub. Ama bir əmması var ki, Accesin Visa classic cartını siz gərək ya Dekabrın yadakı Mart ayının axırı əldə edəsiniz, yoxsa balansa 2000 manat məbləğində pul qoymalısınız ama həmən aylarda isə hər il kompaniya keçirilir və balansa pul qoymağa ehtiyac yoxdur. Mən bildiyimə görə digər, məsələn Bank of Baku, Ata bank, Dəmir Bank, Unibank kimi banklarda isə cartın balansına pul qoymadanda cartı əldə etmək olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Plastik kart açdırmaq

SSL sertfikat

Plastik kartlar

adsense Kapital Visa elektron plastik kart

Plastik kart ödeniş

Plastik kartlardan mərc saytlarında istifadə