Yenidən bir başqa sualım var 🙂 Ümid edirəm rastlaşdığım problemlərə görə aldığım cavablar,gələcəkdə bu sayt vasitəsilə kiminsə də köməyinə çata bilər.Sualım ondan ibarətdir ki,Facebook paylaşım zamanı,saytın sidebar hissəsində olan şəkillər çıxır.Ora reklamların da şəkli,və ya saytda paylaşılan xəbərdən kənar şəkillər,movzular var.Necə idim ki,Facebook bu şekilləri,və ya ümumiyyətlə sidebar hissəni görməsin?
Sayt wordpress üzərində qurulub
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Salam, FB şəkil seçmə imkanını özü təşkil edir, səhifədən şəkilləri çəkərək. Bu ancaq post paylaşırkən olur. Amma like ya share düyməsinə kimsə klik edərkən facebookda məhz əsas şəkil görsənəcək, sidebar şəkli yox. Amma bunun dəqiq işləməsi üçün Open Graph üçün yaratdığınız app-da hər şeyi düzgün etməyiniz lazımdır. Düzgünlüyü yoxlamaq üçün saytınızdan hansısa url-i burda yoxlayın, səhv varsa app-nızı edit edib düzəldin: https://developers.facebook.com/tools/debug
Sual verin
Cavab verin