WordPress Discussion settings

Wordpress-də bular nə deməkdir?nə işə yarıyır bu ikisi? Bir də əgər mümkündürsə bu sualıma da burada cavab verərdiniz.Profil səhifəsində Yan menu panelində Dashboard Profile yazısını hardan dəyişmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

business (2013-04-25 14:49:02)
Təşəkkülər! kömek oldunuz.ümid edirəm digərlərinin də köməyonə çatar suallarım və cavablarınız :)

E. Hacı (2013-04-25 10:19:26)
1. Wordpress saytlarda şəbəkə xüsusiyyətidir. Siz hansısa digər Wordpress sayta öz saytınızda yazıda link qoysanız, dərhal həmin linkdə şərh bölməsinə sizin saytın adından şərh düşür. Ki bəs filan sayt sizə istinad etdi. Dediyiniz bu funksiyanı aktiv/deaktiv edir. Ikinci soruşduğunuz isə tərsinə, başqaları istinad edəndə sizə bildiriş şərh gəlir ki sizin yazıya kimsə istinad etdi. 2. O sözləri dil paketindən dəyişə bilərsiniz. Azərbaycanca Wordpress paketi var və hazırda mən tərəfdən dəstəklənir. Github-da açıq kodla yerləşdirmişəm. https://github.com/E-Haci/Wordpress-Azerbaijani/ Burdan mo faylını götürüb saytınızda dili dəyişə bilərsiniz. Yox əgər ancaq o iki söz maraqlıdırsa o halda en_EN.po faylını rəsmi saytdan endirin, içində sizə lazım olanları dəyişin, sonra PoEdit proqramında po-dan mo binar faylını yaradıb saytınızda languages papkasına atın və.s.(saytda dil paketini necə dəyişmək haqda cavablar.net-də xeyli sual-cavab var.)