PHP scritpdə dilin dəyişdirilməsi

Salam.Məndə birdənə PHP sayt skripti var.Skript ingiliscədi.İsdəyirəmki dili dəyişib Azərbaycanca eliyim, birdə skriptdə bəzi görüntüləri dəyişmək isdəyirəm.Bunu eləyə bilməy üçün nə eləməliyəm?Hansı proqramı öyrənməy lazımdı?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Azear (2013-05-01 14:12:27)
Cavaba görə çox sağolun.Sonradan oxuyanda gördümki dili dəyişmək yerinə tərcümə etmək yazsaydım daha düzgün olardı.

E. Hacı (2013-05-01 13:45:17)
Çünki sualı səhv verirsiniz. Kimsə bəlkə səhv verdiyiniz sualda bütün mümkün halları nəzərə alıb cavab yaza bilər, amma bu saytda korrektlik əsasdır. (Qaydalarla tanış olun) Skriptin dilini tərcümə etmək istəyirsinizsə editorda açıb tərcümə etməlisiniz. Əksər skriptlərdə language papkası olur, bütün sözlər orda cəmlənir. Elə skriptlər də var ki sırf kodun içindədir sözlər, bir bir faylları açıb tərcümə etmək lazımdır. Adi text editorda. Tərcümə üçün ingilis dilini bilmək və Wordpad kimi adi proqram olmaq bəs edər. Saytda bəzi şeyləri dəyişməkçünsə php, html, css, javascript-dən biri və ya bir neçəsini bilmək lazımdır. O baxır siz nəyi dəyişmək istəyirsiniz

Azear (2013-05-01 11:07:03)
Saytdı, saytın dili ingiliscədi.Məsələm Ana səhifə yerinə Main page yazılıb saytda ingiliscə olan hərşeyi çevrib Azərbaycanca eləməy isdəyirəm. Məndə başa düşmürəmki niyə türk forumlarında yazanda hamı sualı başa düşüb cavab yazır burda heçkim başa düşmür.

E. Hacı (2013-05-01 00:40:14)
Skriptin dilin dəyişmək nə deməkdir? PHP komandaları tərcümə etmək istəyirsiniz?

Azear (2013-04-30 23:58:40)
Cavab yazan yoxdu?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php script yükləyəndə hansı papkaları faylları dəyişir

Windows hostingdə php script işləmir