WordPress-də slaydın tez açılmağı

Salam.Öncəliklə təbrik edirəm,yeni dizaynı gözəl alınıb.amma bir balaca da dəyişikliyə ehtiyyac var.Güman edirəm hələ ki dizayn işləri tam başa çatmıyıb.Sualım belədir:

Wordpress saytında necə edə bilərəm ki, Slayd sidebar-dan tez açılsın? Sidebar js,css işlətdiyinə görə saytın sürətini zəiflədir.Düzdü bunu etməklə sayt sürəti çoxalmayacaq,amma slide sidebardan tez açıldığına görə sürətli açılmış kimi görsənəcək.

Təşəkkülər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-05-06 15:23:17)
Slayd front end, sidebar isə backend-dir, ona görə də slaydın tez açılması mümkün deyil. Birinci sayt yüklənməlidir ki, sonra içindəki javascript çalışsın.

business (2013-05-02 01:58:03)
beli full slayddi.sidebar da sag sutuna deyirem

E. Hacı (2013-05-01 11:22:50)
Salam. Sual aydın deyil. Sidebar sağ sütuna deyirsiz yəqin. Slide-nız isə hardasa yuxarılarda bir yerdədir hə?