SD kartı telefon götürmür

Salam. 6-7 aydır işlətdiyim telefon dünən öz özünə sönüb yanmağa başladı.Deməli yaddaş kartın çıxardıram telefon işləyir kartı salan kimi telefon zaqrusqa verməyə başlıyır. Bu nədən olar? 

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Alibeyov (2013-05-09 10:50:08)
Buyurun, xoşdur.

RZALI (2013-05-08 22:30:53)
çox sağolun.əziyyət verdim.

Alibeyov (2013-05-08 14:11:18)
Linux Ə.S-dən birini istifadə etsəydiniz bunu rahatlıqla edə bilərdiniz. Böyük ehtimalla Windows istifadəçisisiniz. 1) Sd Card -ı komputerinizə qoşun. 2) Windows-da RUN -da cmd yazıb (RUN= windows + R) commandline -ı açın. 3) Aşağıdakı komandaları ardıcıllıqla daxil edin: diskpart (modulu işə salır) list disk (komputerinizə qoşulan yaddaş qurğularını göstərir) select disk # (burada # yerinə Sd cart -ın id nömrəsini yazın. id nömrə list disk komandası veriləndə göstərilir. Adətən 0 -cı id komputerin yaddaş qurğusu olur, 1-ci id isə sizin sd cart qurğusu olacaq, amma yenə də siz dəqiq baxın. Səhvən başqa yaddaş qurğularını poza bilərsiniz.) select disk əmri ilə öz sd card -ınızı seçdikdən sonra clear komandası verin. sonra isə FORMAT FS=FAT32 komandası verin. Sonda isə assign letter=V komandası ilə sd kartınızı bir hərf ilə komputerinizə tanıdıb exit komandası ilə əməliyyatı sonlandırın. (V hərfi yazdım ki, başqaları ilə üst-üstə düşməsin.)

RZALI (2013-05-08 12:13:16)
Partiton nədir zəhmət olmasa biraz geniş yazardız? necə edim?

Alibeyov (2013-05-07 22:40:34)
Kartı komputerə qoşub hard format edin. FAT 32 seçin. Düzəlməsə, partitionu silib yenidən yaradın. Ola bilər ki, filesystem -i zədələnib.

Bextiyar Azeroglu (2013-05-07 22:06:15)
məncə də problem kartdadırş Siz başqa bir kart taxıb telefonu yoxlayın.

Togrul Memmedov (2013-05-07 19:24:48)
salam ola bilsinki kartda virus var

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

google play yükləmə

sd card problemi

usb,hdd,sd card,flash kart təhlükəsizliyin təmini