USB kabeli uzatmaq

Salamlar.
Mən 10 metrlik ethernet kabel ilə usb başlıqları birləşdirib uzun usb kabel düzəltmək istədim.
Ethernet kabeldə 100% zədə filan yoxdu.
Amma həmin usb kabeli qoşanda komputerdə "usb device not recognized" səhvini verir.
Bu usb devise web camera -dı. Dəqiq bilirəm ki, başlıqlar düzgün yerlərə qoşulub .
Belə başa düşürəm ki, həmin kabeldə enerji itkisi olur deyə, sistem onu qəbul etmir.
Əlavə xərc olmadan, hansısa bir "homemade" üsul ilə uzun usb kabel necə düzəltmək olar?
Və ya bu kabelə itirdiyi enerjini necə qazandırmaq olar?
Kabelin kommputerə qoşulan başını usb hub -a qoşub,hub-a universal adapter ilə cərəyan da vermişəm.
Belədə isə komputer sönür. Cərəyan qurğuya getməlidir. Komputerə qayıtmamalıdır.

Elektronikadan başı çıxan varsa, kömək etsin.


Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Alibeyov (2013-05-08 11:35:18)
Ruslan Butdayev, printer üçün 10 -dən uzun kabellər mövcuddur. Bu yəqin ona görədir ki, printer usb-dən enerji almır. təkcə data ötürülür. Printerin özü ayrıca cərəyana qoşulur. Amma mənim bu kameramm gərək həmin bu "əldəqayırma" kabeldən alsın enerjini.

Alibeyov (2013-05-08 11:32:55)
4 yox, 10 metrdi. Mən də elə bunu qeyd etmişəm yuxarıda. Məsafə uzundur deyə enerji itkisi olur. Bunu bərpa etməyin üsulunu istəyirdim. Amma belə başa düşdüm ki, bu işlərdən başı çıxan yoxdur burda.

Ruslan Butdayev (2013-05-08 11:31:20)
Sizin istifade etdiyiniz avadanliqdan da asilidir. enerji itkisi barede hech ne deye bilmerem. Ama men printeri 15 metrelik usb kabel ile qoshmusham problemsiz ishleyir.

Cabbarov Sübhan (2013-05-08 11:19:34)
Bəlkə də usb sistemlərində uzun məsafəli ötürmə olmur. Amma mən 4 metr usb kabeli kaynaq etməklə uzatmışam işləyibdi.

Alibeyov (2013-05-07 22:10:05)
Axı mən "usb başlıqları birləşdirib" sözünü işlətdim. Təkcə başlıqları götürdüm, qaynaq etdim. Başlıqlar deyəndə ki, bir 4lük kameranın sxeminə qaynaq olundu, o biri 4lük isə usb çıxış başlığına. Tester ilə yoxlamışam. Qırıq yoxdu, amma 0.05 ilə birləşmə gedir. Normal birləşmələr 0.01 ilə gedir. Bu isə voltajda itki olduğunun göstəricisidi. Satışda olan 5 metrdən uzun usb uzadıcılara əlavə adapter də qoşulur. Sizin fikrinizcə bu nəyə işarədir?

Cabbarov Sübhan (2013-05-07 19:29:54)
Enerji itkisindən olma ehtimalı yox səviyəsindədi. Çox böyük ehtimalla birsləşdirmə zamanı problem olub. USB kabellərin içərisində olan naqilləri hansısa naqilə calamaqla işlətmək olmaz. Bu naqilləin üzəri xüsusi maddə ilə örtüldüyündən elektrik keçirmir. Elektrik keçirməsi üçün isə naqillərin birləşdiyi yerləri qaynaq etmək lazımdı. Qaynaq edildikdə 100% işləyəcək. Ama yenə də usb uzatmaq üçün kabel alsanız yaxşı olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

proqram ilə krosnu yığmaq

USB Flash üçün antivirus

Usb yaddaşda bootable XP yaratmaq

USB PenDrive probleminin həlli

Bu nə üçün lazımdır?

Fotoaparat noutbuka qoşulmur