internetlə bağlı problem yaşayıram

salamlar.mən internetlə  bağlı problem yaşayıram 10dəqiqədən bir  internet kəsilir adsl(bəzən ) və internet işığı sönür modemi dəyişdim şunurların hamısını təzələdim amma yenədə düzəlmədi  xidmət  Azeronline nədən ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

bakinet (2013-05-08 16:37:03)
qaqam bir de zehmet olmasa downstream və up stream var o nedi yaz da zehmet olmasa

VendeTTA (2013-05-08 16:20:36)
SNR Margin - Signal Noise Rate. Faydalı siqnalın xətdəki səsə olan nisbətini göstərir. Bu parametr nə qədər yüksək olsa daha yaxşıdır. 11dB-20dB arası olsa yaxşı sayılır. Attenuation - Xətdəki faydalı siqnalın sönməsini göstərir. Bu parametr nə qədər az olsa yaxşıdır. 5dB - 30dB arası yaxşı sayılır.

bakinet (2013-05-08 16:01:00)
vendetta snr margin ve attenuation nədir? birde ki onların üstündə downstream və upstream var onlar nə deməkdi? indidən təşəkkür edirəm.

Bextiyar Azeroglu (2013-05-08 14:59:27)
Siz ayrilmish xett uzre internet chekdirin, belke onda duzeler.

VendeTTA (2013-05-08 13:08:37)
Belə probləmlər bir neçə halda ola bilər: 1. Keyfiyyətiz splitter. 2. Evdə olan yox, evə kimi olan xətlərin keyfiyyətsizliyi. 3. ATS port problemi. 4. Əksər hallarda virus. Modemin panelində xəttin ötürücülük keyfiyyətini göstərən SNR MarginAttenuation dəyərlərinə baxıb bura yazsan yaxşı olar.

Cabbarov Sübhan (2013-05-08 11:22:17)
Məndə də belə problem var idi ama düzəldi :) Mənim problemin telefon kabelinin qapının başlığında qırılması idi, qapı açılanda işləmirdi internet. 1 aylıq əziyətdən sonra usta gətizdirib düzəltdirmişəm. Yaxşısı budu usta çağırın telefon xəttinizi yoxlasın, sonra Azeronline ilə əlaqə saxlayın.