Kompüter yığmaq

Salam.Mən ev şəraitinde kompüter yigmaq isteyirem amma bezi bilmedikerim var komek etseniz memnun olardim. 1) Birinci sualım bu ramların DDR neçə olmağını hansı yolla öyrənmək olar (yəni RAM-in özünə baxdıqda formasından necə bilmək olar bu ram DDR neçədir) və bu ramların DİMM,RİMM,SİMM və.s olmağını necə bilmək olar və bunların mənası nədir? 2) İkinci sualım Form Faktor nə deməkdir? Bunu necə öyrənmək olar yəni mənim kompüterim form faktoru nədir və kompüteri yığanda buna fikir vermək lazımdır. 3) Motherboard-ın form faktorlarla nə kimi əlaqəsi var? Kompüter yığanda buna fikir vermək lazımdır? Bunlar barədə ətraflı yazsanız yaxşi olar.Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Togrul Memmedov (2013-05-10 00:54:42)
salam ramları bu üsulla seçe bilərsiniz http://cavablar.net/2013/05/06/komputer-hissələrinin-olcusu/

VendeTTA (2013-05-08 15:39:11)
DDR3 yüksək tirajla istehsal olunur.DDR2 isə belə deyək defisit vəziyyətində olduğu üçün daha bahadır və getdikcə də bahalaşır. Güclərini isə müqayisə etsək DDR3 heç nə ilə DDR2-dən güclü deyil. Bir az enerjiyə qənaət və soyutma sistemi baxımından üstünlüyü var, bu da ki özünü sadəcə Noutbuklarda büruzə verir. 2 və 3-cü suallar cavab : Form Faktora aşağıdakılar daxildir: - ana plataların ölçüləri - korpusda konnektorların və yuvacıqların vəziyyəti - korpusda enerji blokunun vəziyyəti - enerji blokunun ölçüləri - enerji blokunun elektrik xarakteristikaları Bütün bunlar isə birbaşa ümumi sistemin qiymətinə təsir edir. Tutaq ki, nə qədər yığcam olsa o qədər ucuz olacaq. Müasir sistemlər ATX form faktoru ilə gəlir. Bunun özünün də müxtəlif növləri var: microATX, flexATX və s. Hər birinin özünə məxsus üstünlükləri var. Digər tərəfdən də elə də vacib bir məqam deyil ev kompüteri alarkən.

Bextiyar Azeroglu (2013-05-08 14:57:04)
en esas DDR2-den chox ucuz olur.

Bextiyar Azeroglu (2013-05-08 14:56:10)
Ruslan Butdayev, DDR3 ram neye gore digerlerinden (DDR1,DDR2) ucuz olur? eger gucde onlardan yaxshidisa bes qiymetde niye ucuzdur?

Ruslan Butdayev (2013-05-08 13:11:14)
Ilk once qiymetinden.. DDR3 digerlerine nisbeten cox ucuzdur. DDRI ise cox bahadi.. Uzerindeki bloklarin olchuleri DDR qalxdiqca kicilir.. Ramlarin olchulerinde ferq var hemcinin kicilib. Ramin ashagi hissesinde kesik var her ramda o kesik bir az kenara cekilib.. Bunlar uzerinde stiker yoxdursa mumkun olacaq variantlardir en gozel variant uzerindeki stikeri oxumaqdir. Ugurlar ))

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

qara ekranda nə deyilir

10600 Ram materinkamda işləyər?

HDD yanib

Ram nədir?

Prosessor artıq səs çıxarır.

Aliexpress saxta ram.