KATV Modem problemi

Salam dostlar, bir neçə gün öncə nəhayət ki, Bakinternetdən ayrılıb, evə KATV İnternet çəkdirə bildim. Evdə olmadığımdan evdəkilər evdə TP-Link TD-W8151N modemim ola-ola KATV-nin "sırıdığı" TP-Link TL-WR740N modemini 30 AZN-ə alıblar. İnternet sürətindən bir şikayətim yoxdur, sadəcə evdəkiləri israrla inandıra biliblər ki, TP-Link TD-W8151N ilə qoşulma mümkün deyil, çünki, Routeri yoxdur :) Qutuya baxdıqda görə bildiyim tək fərq portların sayının 4 olmasıdır.

Sualım budur ki, bu iki modemin hansının hansı üstünlükləri var: TP-Link TD-W8151N vs TP-Link TL-WR740N

Və əsas sual: evdə olan TP-Link TD-W8151N modemini özüm təkrar sıfırdan setting edə bilərəmmi?!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

VendeTTA (2013-05-10 17:13:00)
Əgər KATV ayrılmış xətt çəkibsə sizə, o halda sırımır modemi. Çünki TP-Link TD-W8151N-də ADSL routerdi, TP-Link TL-WR740N-də isə ayrılmış xətt routeri. 1-ci ilə qoşulmaq mümkün deyil bu halda. Üstünlüklərə isə qalanda aralarında elə də fərq yoxdu. 4 port isə ev üçün lazım deyil məncə. Əgər ayrılmış xətt deyilsə onda əvvəlkini də yenidən setting etmək olar.

Mehman Elxanoglu (2013-05-10 09:42:38)
Mənə "ola bilsin ki" yox, konkret cavab lazımdır, hər ikisi 150 Mbps məlumat ötürür.

Togrul Memmedov (2013-05-10 01:28:20)
salam mbps-de ferq var 4 portlu olabilsinki daha guclu olsun

Kenan (2013-05-10 00:02:46)
4 por hemise guclu olub sen root ede bilersen amma yenede qoy 4port qalsin o daha gucludu amma eger 1port qoysan onda ola bilsinki bezi problemler olsun

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

tp link modemdən digərinə şəbəkə ötürmək

Modem şifrə dəyişmək

Modemin parolu yadımdan çıxıb

Tenda modem nasrtoyka

modemin ayarlarının quraşdırılması

Wifi Modem td8961nd