Linux Ubuntu ilə C#

salam mənim  pc-de windows 7 istəyirəm  ki ubuntu yazım ancaq bilmirəm ubuntu  üçün c# (visual studio) proqrami olurmu eger bilen varsa xaiş edirəm link atsin birde ubuntu üçün proqram tapmaq çətin deyilki

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2013-05-10 09:52:46)
Ubuntu Windows-a nisbətən bir çox üstünlüklərə malikdir: Sürət, performans, stabillik, təhlükəsizlik, pulsuz və lisenziyalı olması, öyrənilməsi daha asan və.s. Amma bu o demək deyil ki, hamı indi Ubuntuya keçməlidir. Xeyr, çünki elə ixtisaslar var ki, o ixtisaslar üzrə əsas tanınmış proqram yalnız Windows-da var. Hətta MAC OS-da da yoxdur, yalnız Windows-da. (Məsələn peşəkar video render proqramları, Autocad filan, Adobe məhsulları Ubuntu üçün hələ ki yoxdur.)Ona görə də keçmək istəyən adam öncədən mütləq araşdırmalı, özünə lazım olan tool-lar Ubuntuda varsa vaxt itirmədən keçməlidir, yoxdursa gələcəyə qədər səbr edib Windows-da qalmalıdır.

Togrul Memmedov (2013-05-10 09:48:57)
cavaba gore cox sagolun

Onar Alili (2013-05-10 09:16:17)
Salam Xeyr Ubuntu üçün Visual Studio yoxdur.Bunun üçün Mono layihəsinən istifadə edə bilərsiz.Burdan yükləyə bilərsiz. Sizə məsləhətim Visual Studio işlədəcəksizsə Windows ƏS`i işlədin.

Ruslan Butdayev (2013-05-10 00:15:13)
Linuxda Eclipse var. Yoxlamaga deyer

Kenan (2013-05-09 22:14:13)
menim fikrimce olmur cunki c# microsoftundu oncun diger proqramlardan istifade elemek olar