Online alış veriş üçün məsləhətli Plastic card

Salam mən plastic card almaq istəyirəm sizcə hansı bankdan almaq məsləhətdir?Birdə internetde online sifaris üçündə istifadə etmək olsun,post terminallarda və kartı alanda nə qədərsə pul yükləməliyəm karta?Sonda neçiyədir kart?Zəhmət olmasa deyərdiz

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Black_shade (2013-05-10 12:11:45)
Mən öz praktikamdan nəsə yaza bilərəm, bu vaxta kimi bir neçə cart dəyişmişəm ən yaxşısı Access bankın Visa Classic kartı olub. Məsələn Beynəlxalq bankın cartından dostum istifadə edib onda problem olub. Ama bir əmması var ki, Accesin Visa classic cartını siz gərək ya Dekabrın yadakı Mart ayının axırı əldə edəsiniz, yoxsa balansa 2000 manat məbləğində pul qoymalısınız ama həmən aylarda isə hər il kompaniya keçirilir və balansa pul qoymağa ehtiyac yoxdur. Mən bildiyimə görə digər, məsələn Bank of Baku, Ata bank, Dəmir Bank, Unibank kimi banklarda isə cartın balansına pul qoymadanda cartı əldə etmək olur. Ancaq bəzi saytlar var ki, oradan qeydiyyati keçəndə Dəmir Bank və ya Bank of Baku kimi bankların kartlarıyla qeydiyyatdan keçmək olmur, çünki Bankların siyahılarını özləri təqdim edir, həmən siyahıda isə o bankların adı olmur ümumiyyətlə ..

Togrul Memmedov (2013-05-10 00:48:50)
salam kapital bankdanda visa kart ala bilərsiniz illik 10 manatdı paypalda qəbul edir ancaqki pul yatırandan sonra çıxarmaq olmur

Batilla (2013-05-10 00:11:42)
Çox sağ olun :)

Kenan (2013-05-09 23:54:21)
beli isdediyin qeder pul yukleye bilersen hec bir limit yoxdur visa cart indi standart gelir men bildiyime gere plastic cartin usdunde saece visa yazilir bu qeder ve bunuda her yerde isdifade etmek mumkundur

Batilla (2013-05-09 23:51:41)
Kənan Visa hansı kart?

Batilla (2013-05-09 23:19:25)
birdə karta pul yükləmək istəsəm,bunun üçün limit var yoxsa yox?Yəni məsələn limit ola bilər ki,azı 10 Azn yükləyə bilərəm yada ki,lap istəsəm 1Azn-də yükləyə bilərəm?

Bextiyar Azeroglu (2013-05-09 22:52:27)
Salam DemirBank-da kart pulsuzdur. online sifariş verib 1həftəyə kartınızı götürə bilərsiniz.

Kenan (2013-05-09 22:04:55)
mence onun hansi bankdan alinmasinin ferqi yoxdu esas odurki visa olsun indiki kartlarin coxuda visadir qiymet hardasa 1 illiy 10manatdir pul qoymayada bilersen o senin oz problemindi istenilen saytda visa kartnan nese almaq olar bezi saytlarda varki onlar paypali destekliyir o da problem deyil paypal.comdan qeydiyatdan kecmek olar