Mən social şəbəkə yaratmaq istəyirəm

salam,mən yeni sosial şəbəkə yaratmaq istəyirəm xahiş edirəm mənə kömək edəsiz, və mənim yartmaq istədiyim sosial şəbəkəni necə hazırlamam haqqında xahiş edirəm ətraflı məlumat verəsiz

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Web Saytlar Yaradılması (2018-03-27 22:52:18)
yeni başlamaq istəyənlərə məsləhət vermək yerideirsə mən də 1-2 söz yazın: düzdür məsləhət vermək asandır, ancaq burada gərək var, çünki çoxları işə başlayır və bir neçə il sonra kapital heç - böyük vaxtını boşa itirmiş olur. Vaxt isə puldur, əgər sizin vaxtınız pul deyilsə sosial şəbəkə açmayın. Sosial şəbəkənin işləməsi üçün 100 nəfərlik komandanın 1 ildən çox müddətdə işləməsi lazımdır. 100 yox, 10 nədər olsa olmaz? Əlbəttə ki, olar anaq bu zaman da həmin 10 nəfər 1 il yox, 10 il çalışması lazımdır. Əlbəttə ki, işin həcmini açıqlamaq üçün yazdım bunu, yoxsa ki, riyazi hesablamalar aparmamışam. "Yox bir" deyəcəksinizsə, Facebookun keçdiyi yola baxın. Siz sosial şəbəkə açsanız nə itirəcəksiniz? 1-cisi siz sayt yaratmaq, rəgəmsal marketinq, müştəri xidmtləri kimi bir çox sahələrdə əvəzolunmaz təcrübə qazanmış olacaqsınız. Nə itirəcəksiniz? buna özünüz qərar verin. Yuxarıdakı 100 insan-1 il və 10 insan 10 il misalını da ona görə çəkdim. Bu qədərini itirəcəyinizi düşünmürsünüzsə mən də sizin sosial şəbəkə yaradabiləcəyinizi düşünmürəm. Hərənin düşüncəsi özünə. Sadəcə olaraq öncədən nələr itirəcəyinizi düşünün. Bu xərclər sizin üçün elə də böyük məbləğ olmaya bilər, ancaq itirdiyiniz zaman və enerji daha çox dəyərlidir. Sonda isə ən önəmlisi - sizin sosial şəbəkədən biz nə qazanacağıq? Sizdən mənə nə deyirsinizsə bu iş sizlik deyil. Hər hansı bir saytdan qazanc əldə etmək üçün başqalarına nəysə xeyir vermək lazımdır. Qısaca olaraq, saytı özünüz üçün yox başqaları üçün xeyirli hazırlaya bilsəniz qazanc ola bilər. Fərqi yoxdur bu balaca bir sosial şəbəkə olacaq, yoxsa ondan da balaca - dar bir sahədə vebsayt. Misal üçün bildiyiniz bir sahəyə aid sayt.

E. Hacı (2013-05-12 15:52:03)
Bir yox, indiyədək mən bildiklərimi desəm azı 10-12 belə sayt olub(yerliaz sirraz yalliaz hemsinifaz və.s) təbii ki aqibətləri eyni olub.

maxxam (2013-05-12 13:10:32)
Birinci qeyri adi , heç bir sosial şəbəkələrdə olmayan bir İDEYA tapın sonra işə girişin. AZ-da facebookda kopyası olan bir sayt var http://sosial.az/

marmeladze (2013-05-11 11:51:50)
əlbəttə yarada bilərsiniz, bu sizin ən təbii haqqınızdır. yəqin ki, bu işi görmək üçün yetərincə proqramlaşdırma bilikləriniz var və indi bir bələdçi axtarırsınız. əgər sosial şəbəkənizi php və mysql ilə qurmaq istəyirsinizsə, bu kitab sizə köməkçi ola bilər. eləcə də, digər dillərin əsasında da yazılmış onlarca belə kitab var. lakin bütün bunlardan anlayacağımız şey bu olmalıdır ki, əgər kitabı belə çıxıbsa bu işin, deməli 2000-ci illərin başındakı kimi, artıq sosial şəbəkə yaradıb kommersial məqsədlərlə istifadə etmək üçün, klassik yanaşmanı bir qırağa qoymaq lazımdır - gərək nəsə yeni bir ideyanız olsun. p.s. əgər bu işi uğurla başa çatdırsanız, adicə test yayını üçün sizə böyükhəcmli server(lər) lazım olacaq

VendeTTA (2013-05-11 11:48:16)
İlk öncə HTML, PHP mükəmməl öyrənin. Sonra sadə sistemlərdən başlayın. Bir az sonra tam özünə güvən yaransa, maddiyyat imkan verərsə, həqiqətən Azərbaycanda yeni sosial şəbəkəyə ehtiyac olduğunu hiss etsəz açarsız.

Cabbarov Sübhan (2013-05-10 22:50:06)
Sosial şəbəkənin hələ necə yaradılacağı haqqında məlumatınız yoxdu ama bunu etmək istəyiniz təəccübləndiricidi. Ən az nəsə bilsəyidiniz bu işi bu halda görmək istəməzdiniz. Mənə deyə bilərsiz bu halda siz Facebook, Goole+ kimi sosial şəbəklərdən necə üstün ola bilərsiz. Və ya yaradacağınız sosial şəbəkəyə adamları necə cəlb edəcəksiniz?