ubuntu-13.04-desktop

salam mən linux ubuntu-13.04-desktop-i386 universal usb installer proqramı ilə flash kart boot obrazı çıxartdım sonra isə komputeri prezaqruska etdim ESC düyməsini basdım açılan menyudan usb-hdd seçdim və qurlmağa başladı və təkcə dil seçimini istədi və komputer açıldı və ubuntu aktiv oldu hər şey normal idi ancaq komputeri acanda yene windows 7 açıldı ancaq məndən windows 7 və ya ubuntunu seçməyimi istəmədi indi mən bilmək istəyirəmki windowsu silməmək şərti ilə ubuntunu necə yaza bilərəm istəyirəmki komputer açılanda unubtunu və ya windowsu seçməyimi istəsin cavab verən hər kəsə təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Alibeyov (2013-05-13 10:24:48)
Siz onu "install ubuntu alongside windows " rejimində install edin. O özü sizin üçün (o dediyiniz 2 sistemdən birini seçmək üçün) grub menyu yaradacaq. Əgər sizin komputerinizdə UEFI varsa, bu baş tutmayacaq. Ya bios -dan girib UEFI -ni deaktiv (disable) edin. Ya da sistemi diskdən yazın, bu zaman bəzi komputerlərdə "UEFI yoxsa BIOS mod?" kimi sorğu olur, Siz BIOS seçin. Yaxşı olardı ki, UEFI rejimini söndürüb, Windows Ə.S.-i yenidən yazasınız, + Ubuntunu da sonra yazasınız.

Togrul Memmedov (2013-05-12 00:43:14)
salam həmin şəkildəki menyudakı kimi boot etməyi tapdım ancaq bilmirəm necə edimki 2 əsas sistem olsun açılanda ikizindən birini seçim

Alibeyov (2013-05-11 23:51:42)
Siz USB flash-dən Ubuntu sistemini "RUN" etmisiz sadəcə. Install etməmisiz. Bu şəkildəki menyuda Install seçin.

Kenan (2013-05-11 23:46:43)
bunu bootdan elemek olur her boot ferqli olduqundan deye bilmerem indi sen girib baxarsan belke tapdin