Zəhmət olmasa sərbəst iş mövzusuna kömək edin.

Tapşırıq:1

Turbo Paskalda bir ölçülü A(10) massivi verilmişdir.Verilmiş massivin ən böyük elementini tapmaq üçün proqram tərtib et.

Tapşırıq:2

Turbo Paskalda bir ölçülü A(10) massivi verilmişdir.Verilmiş massivdə bir ədədə neçə dəfə rast gəlinir?( proqram tərtib et)

Tapşırıq:3

Turbo Paskalda  birdən  yüzə qədər olan tam ədədlərin içərisində sadə ədədlərin sayını tapan proqram tərtib et.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Sanan Shivilov (2013-05-12 01:21:51)
Köməyinizə görə çox sağolun.

marmeladze (2013-05-11 12:29:38)
s1 alqoritm belə olacaq: 1. əvvəlcə massivi yaradırıq 2. daha sonra massivin birinci elementini etalon kimi qəbul edirik 3. daha sonra massivdəki bütün ədədləri həmin bu etalonla müqayisə edirik 4. əgər hansısa ədəd bu etalondan böyükdürsə, onu etalonun yerinə keçiririk, ta ki, etalonun özü ən böyük olana qədər psevdokod: [code]arr = [a0, a1, .... an] #əvvəlcə massivi yaradırıq enBoyuk = a[0] # inisializasiya aparırıq - burda etalonu a[0] kimi qəbul edib onu enBoyuk dəyişəninə mənimsədirik for a in arr: # massivdəki bütün elementləri seçirik if a > enBoyuk: # və etalonla müqayisə edirik enBoyuk = a # bax: alqoritm 4-cü addım print a [/code] ikinci sual üçün də bu alqoritmi istifadə edin. sonuncu üçün isə, bura baxın

VendeTTA (2013-05-11 11:37:55)
Salam. Siz hansı cəhdləri etmisiz ? Etmisizsə hansı çətinliklə rastlaşmısız ? Yazın, ona baxıb bir istiqamət verməyə çalışaq.

Alibeyov (2013-05-11 10:08:41)
"Sərbəst iş"... :)

E. Hacı (2013-05-11 02:23:25)
Ümid edirəm ki istiqamət verənlər olacaq. Amma hər halda yəqin ki, bütün bunları kiminsə həll edib həlli yazmağını gözləmirsiniz. Çünki bu sual-cavab saytı formatına uyğun olmaz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsələ üçün optimal alqoritm lazım.

Java və ya C# da fərqli shape’lərdə Buttonlar necə yaratmaq olar?

İxtisas seçimi

audio podcast və audio kitablar

Proqramı redaktə etmək

Proqramlaşdırmada Məntiq anlayışı