Gta Binəqədi

Salam mən gta binəqədinin diskini almışam quraşdırandan sonra gta binəqədi yerinə gta san andreas çıxır bu barədə məlumat verən tapılar?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Rasul Nabiyev (2013-05-19 20:28:11)
Mən də üstündə GTA XIRDALAN yazılan disk almışdım.İçində olmayan şey yox idi:Gta Mentovskiy Bespredel, Gta Kriminalny Rossiya,Need For Speed Hot Pursuit,Rus dilində Prava almaq üçün onlayn imtahan proqramı, hətta diskin o biri üzündə GTA 4-də vardı-ancaq işləmədi.Ona görə də alanda diskin karopkasının üstünə yox diskin özünə açıb baxmaq lazımdı.Birdə ki,Azərbaycanda elə güclü proqramçılar yoxdu ki,GTA-nı yenidən qurub milliləşdirə bilsinlər.İşğal Altında oyunu var ama onu da başqa bir oyunun üstündə qurublar.

Zamin77 (2013-05-18 14:48:34)
2 manat pul vermişəm ee it uşaqlari mənə atdilar

Alibeyov (2013-05-15 12:47:46)
Elə mən də bunu demək istədim, amma satirik dildə başa düşmədilər.

Azear (2013-05-15 11:00:40)
GTA Binəqədi yada GTA Bakı deyə birşey əslində yoxdu.Bizimkilər sadə GTA-nı götürürlər 1-2 maşını və mahnıları dəyişirlər adınıda qoyurlar Gta Binəqədi,Bakı vs...

Bextiyar Azeroglu (2013-05-14 16:36:52)
Çox gümanki diskin qabına yalandan GTA BİNƏQƏDİ yazıblar.

Alibeyov (2013-05-14 14:25:16)
Yəqin çox keyfiyyətli, məsulliyyətli işlənilib, hər şey rəsmidir, Rockstar Games buna xüsusi icazə verib, ona görə problemlər çıxıb.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Diskə fayl köçürtmək

GTA 4 oyunu nəyə görə donur?

Sərt disk təmiri

XBOX-a aid internetdə disk seçimi.

GTA oyununu haradan endirə bilərəm

Kompyuterdə şəkil açılma problemi